Bir çox ölkələr var ki, füsünkar tarixi abidələri, şəhərləri, ləziz mətbəxi, rəngarəng flora və faunası, ilə turistləri özünə cəlb edir. Cırtdan dövlətlərdə bu siyahıya daxildir. Turist ordusu bu ölkələri səyahətləri zamanı aldığı zövqdən başqa, düşünürlər ki, bu cırtdanlara heç bir böyük dövlətin gözü düşməz, heç bir güclü dövlət onun hər hansı şəhərləri boyda, hətta ondan da balaca olan ölkənin ərazisinə qoşun yeritməz. Amma sən saydığını say, gör fələk nə sayır. Bu fələk Apennin yarımadasında yerləşən cırtdan San-Marinonun başında qara dumanlara çevrilərək öldürücü ildırımlar çaxdı...
"Demokrat", "liberal" ruhlu "tarixçilərin", "araşdırmaçıların" "yazarların" səyi nəticəsində III Reyxi Avropada insanlığa, tarixi-mədəni abidələrə qarşı vandalizm törətməklə bizlərə təbliğ ediblər, edirlər, edəcəklər də. Bəli, III Reyx Avropada, Asiyada, Afrikada, Sakit və Atlantik okeanlarda müharibələr aparıb. Amma bu müharibələri ABŞ, Böyük Britaniya, Fransa, Portuqaliya, İspaniya kimi "demokratik" və onun "mədəni" xalqları əsrlərlə qitələrdə müstəmləkə müharibələr apararaq, xalqları məhv etməmişdilərmi?! Əlbəttə etmişdilər, özü də xüsusi zövq almaqla, hal-hazırda da etməkdədirlər...
Amma nədənsə Avropa və Qərb imperializmindən söhbət düşəndə, adı çəkilən "demokratik" dövlətlərin əməlləri gizlədilərək, yalnız Hitler Almaniyası adıyla III Reyx gözə soxulur.
II Cahan savaşı zamanı, Almaniyanın təyyarələri Böyük Britaniya, Fransa, SSRİ və digər dövlətləri bombardımana məruz qoyanda, bu hal insanlığa qarşı terror, amma həmin dövrdə Britaniya Kral HHQ-in Almaniyanın Hamburq, Drezden, Şvaynfurt, Regensburq və digər şəhərlədəki mülki əhalinin başına bombalar yağdıranda özünü müdafiə hesab olunur. Əgər Lüftvaffe qüvvələrinin 1939-40-cı illərdə Dumanlı Albiona qarşı keçirdiyi hərbi hava əməliyyatları zamanı əksəriyyəti hərbiçi olan 20 minə yaxın ingilis həlak olmuşdusa, ingilislərin havadakı əməliyyatları zaman yalnız Drezdendə 25 mindən çox (rəsmi), Hamburqda isə 45 min (rəsmi) mülkü əhali həyatı ilə vidalaşdı. Nə isə...
İtaliyada 1922-ci ildə silahsız inqilab baş verdi. Nəticədə dünyada ilk faşist partiyasının yaradıcısı, yazıçı-jurnalist Benito Mussolini hakimiyyətə gələrək, ilk faşist hökumətini formalaşdırdı və duçe (rəhbər) oldu. Bu yenilik İtaliyanın qonşusu olan cırtdan San-Marinoya da təsirsiz qalmadı. 1922-1923-cü illərdə cırtdanlarda da dinc yolla çevriliş baş verərək, legitim hökumət qovulur. Yeni növbədənkənar seçkilər keçirilir. Seçki nəticəsində 4184 seçicidən 1437-si hakimiyyətə faşistlərin gəlməsinə razılıq verir, yalnız 47 nəfər kommunistlər onların əlehinə səs verir. Culiano Qoççi cırtdan dövlətin "mini-duçesi" olur. Balaca ölkənin faşistləri hakimiyyəti ələ alsalar da, demək olar heç bir fiziki və mənəvi represiya həyata keçirmirlər. Yalnız kommunist partiyasının buraxılması üçün əllərindən gələni edirlər, sonda qırmızılar gizli fəaliyyətə keçir.
İtaliya cırtdanların həm müttəfiqi, həm də böyük "qardaşı" olmasına baxmayaraq, II Dünya müharibəsi başlayanda sanmarinolular neytral mövqe tutduqlarını rəsmən elan etdilər.
25 iyul 1943-cü ildə İtaliyada Mussolinin devrilərək həbs edilməsi, iki gün sonra San-Marinoda da faşist hökumətinin özünü buraxması ilə nəticələnir. Hakimiyyəti konservator ruhlu burjua nümayəndələri ələ keçirir.
1943-cü ilin sentyabrında Mussolini, Vermaxt və SS qüvvələrinin xüsusi təyinatlıları sayəsində həbsdən azad edilərək, İtaliyanın Şimal və mərkəz hissələrini əhatə edən ərazilərdə almanlar tərəfindən yaradılmış İtaliya Sosialist Respublikasında hakimiyyətə gətirilir. Tezliklə San-Marinoda "Respublika Faşist Partiyası" yaradılır. 4 yanvar 1944-cü ildə faşistlər yenidən hakimiyyətə gəlirlər. İkinci dəfə iqtidara gələn faşistlər yenə də ölkələrinin neytral mövqeyini elan edirlər.
Tarixdə dünyanın ən imperialist, murdar dövləti olan Britaniya (İngiltərə) 26 iyun 1944-cü ildə heç bir tutarlı səbəb olmadan, cirtdan ölkəni Britaniya ordusuna məxsus təyyarələrdən bombardımana tutur. London şəhərinin ümumi həcmindən 28 dəfə kiçik olan balaca dövlətə 263 bomba atılır ki, nəticədə ölkənin dəmiryol xətləri, yaşayış evləri, tarixi abidələri dağıdılır; mülki əhalidən 63 nəfərin həyatına son qoyulur.
İtaliya və San-Marino ərazilərinə doğru irəliləyən müttəfiq qoşunlarının qarşısını almaq üçün sentyabrın əvvələrində alman ordusu hücuma keçərək cırtdan dövləti işğal edərək müdafiə mövqeləri qurur. Sentyabrın 17-20 aralığında San-Marino uğrunda şiddətli döyüşlər baş verir (başqa adla Monte-Pulito döyüşü kimi də adlandırırlar). Almanlar rəşadətlə vuruşmalarına baxmayaraq sayca üstün olan britaniyalılar qalib gələrək cırtdan dövləti işğal edir.
Burda iki maraqlı məqam var.
1. San-Marinonu işğal etmək uğrunda döyüşən Britaniya ordusunun tərkibində britaniyalılardan başqa, Britaniya Hindistanı, Yeni Zenlandiya, Kanada, Avstraliya, Cənubi Afrika İttifaqı kimi ingilislərin vassalı olan ölkələrin və mühacir Polşa ordusunun hərbi birlikləri də iştirak etmişdi.
2. Ölkə işğal olunandan sonra cırtdan dövlətdən Almaniyaya müharibə elan etmələrini qəti şəkildə tələb etdilər. Bu təcavüzkar tələbə uyğun olaraq cırtanlar çox maraqlı cavab verirlər. Onlar qeyd edirlər ki, bizlər 1915-ci ildən Almaniyayla müharibə şəraitindəyik, hətta 20 əsgərimizi də İtaliya Kral ordusunun sərəncamına göndərmişik. Bu cavabla cırtdanlar ingilislərə sarkazmlı bir şillə çəkdilər. İngilislər necə var pərt oldular. Onlar anladılar ki, Versal sülh müqaviləsi zamanı San-Marino nümayəndələri dəvət olunmamışdı. Bununla cırtdanlar ən mahir siyasətçi olan dumanlı albionluları gülünc vəziyyətə salırlar.
11 mart 1945-ci ildə San-Marinoda yeni seçkilər keçirilir. Seçkilərdə iki koalisiya iştirak edir. Biri kommunistlər ilə sosialistlərin yaratdığı "Azadlıq komiteti", digəri konservatorçuların birləşdiyi "Demokratik ittifaq" idi. Seçki estafetində solçular 66% səs toplayaraq, parlamentdə 60 yerdən 40-nı (onlardan 18 mandatı kommunistlər götürdü) ələ keçirir. Sosialist Alvaro Kasali İlk dəfə olaraq cırtdan dövlətdə hökumət başçısı olur. Qırmızıların hakimiyyəti 12 il sürür.
Sol qüvvələrin hakimiyyəti zamanı əsas məqsəd ölkədə stabil siyasi-iqtisadi şərait yaratmaq, sosial islahatlar keçirərək əhalinin həyat səviyyəsini layiqincə təmin etmək idi.
Cırtdan dövlətin iqtisadiyatı demək olar ki, tam şəkildə İtaliyadan asılı idi. Ölkənin əsas iqtisadiyyatını kənd təsərrüfatı və sənətkarlıq təşkil edirdi. Əkinçilik bütün gücü ilə fəaliyyət göstərsə də, əhalinin çörəyə olan tələbatını ödəmirdi. Hətta nə kükürd çıxarma və emalı sahəsində, nə də dağlarda fəaliyyət göstərən daş karxanaları sahəsində xarici ixracatdan əldə olunan gəlirlər ölkədəki iqtisadi tənəzzülü aradan qaldıra bilmirdi.
San-Marinoda dövlət sənaye müəssisələri yox idi. Yalnız fərdi sahibkarlara (yerli) məxsus olan kağız fabriki, dəri sənaye zavodu, makaron məmulatları fabriki, İtaliya kompaniyalarına məxsus iki firma, həmçinin yerli xırda sahibkarların sabun istehsalı, parfumeriya, qab-qacaq və suvenirlər istehsal edən kiçicik sənaye müəssisələri və fermalar fəaliyyət göstərirdi.
Digər tərəfdən güclü "qonşusu" İtaliya cırtdan dövlətə tütün əkini, ağır alkoqollu içkilər, tütün istehsalı, kazino və digər mərc oyunları, gömrük tarifləri və s. bu kimi iqtisadi fəaliyyətləri qadağan etmiş, əvəzində isə sanmarinolulara təzminat ödəyirdi.
Britaniyalıların avio bombardımanlarından sonra baş verən dağıntılar cırtanların istirablarını daha da artırmışdı. San-Marino hökuməti rəsmi Londondan dəymiş ziyana görə 732 milyon italiyan lirəsi tələb etsə də, imperialistlər bu tələbi rədd edərək, cəmi 26 000 funt sterlinq ödəməyə razı oldular. Sonralar daha 80 000 funt sterlinq ödənilsə də, bu balaca ölkənin yaralarını sağaltmağa demək olar kömək etmədi.
1947-ci ildə "soyuq müharibənin" ən qızğın başlanğıcında Qərb imperialistlərinin əli ilə İtaliyada kommunistlər, sosialistlər iqtidardakı mövqelərindən salınaraq yeni marionet hökumət formalaşdırılır. Bu "yenilik" San-Marinonun yeni siyasi təzyiqə məruz qalmasına gətirib çıxarır. Rəsmi Roma balaca qonşunun iqtidarında olan qırmızıları hakimiyyətdən salmaq üçün iqtisadi təzyiqlərə başlayır. Əvvəllər cırtanlara ödənilən kompensasiyalar demək olar ki, dayandırılır. Bunu etməklə böyük "qonşu" düşünürdü ki, tezliklə qırmızılar xalqın gözündən düşəcək və sağçılar legitim yolla hakimiyyətə gələcəklər. Tezliklə İtaliya hökumətinin hərtərəfli dəstəyi ilə öz parlamentlərində və iqtidarda olan hakim partiyalarının modelini cırtanlarda da yaratdılar - San-Marino Xristian Demokrat Partiyası (SXDP). Lakin 27 fevral 1949-cu ildə keçirilən parlament seçkilərində qırmızılar yenidən say üstünlüyü ilə qalib gəlir. Onlar 57% səs toplayaraq parlamentdəki 60 yerdən 35 -ni ələ keçirirlər. Xristian-Demokratlar heç ikinci yeri də tuta bilmirlər, amma yeni hökumətdə yer alırlar. Vassallarının məğlubiyyətinə baxmayaraq, rəsmi Roma öz məkirli niyyətindən əl çəkmir.
Ölkənin iqtisadi qüdrətini canlandırmaq üçün qırmızılar 1951-ci ildə özlərinə məxsus olmayan bir addım atırlar. Onlar güclü teleradiostansiya tikməyi, kazino və digər bu kimi müəssisələr açmağı qərara alırlar. Bundan xəbər tutan güclü "qonşu" protesto elan edir və cırtdan dövlətlə sərhədlərdə polis nəzarətini gücləndirilir, əlavə olaraq sərhəd qoşunlarının hissələri tam hazırlıqlı vəziyyətə gətirilir. Nəticədə San-Marino iqtisadi, siyasi blokadaya alınır.
Vəziyyətin kritik olduğunu görən qırmızılar rəsmi Roma ilə danışıqlara başlamaq istəsə də qarşı tərəfdən belə bir ultimatum alır: İtaliya dövləti San-Marino hökumətiylə o halda danışıqlara başlayacaq ki, həm hökumətdə, həm danışıqlarda üstün qüvvə SXDP-a məxsus olacaq!
Nəticədə ölkədə növbədənkənar parlament seçkiləri keçirilir. Bu azmış kimi italiyanlar Azadlıq Komiteti içərisndə nifaq salmağı bacarır, nəticədə kommunistlərlə, sosialistlər bir-birindən ayrılaraq seçkilərdə ayrıca fraksiya şəklində iştirak edirlər. Solçu partiyalar parlamentdə 31, SXDP-sı 26 yer tutsa da, qələbə ikincilərə qaldı, çünki sosialistlər kommunistlərin mövqeləriylə razılaşmayaraq, onların bir qismi SXDP ilə həmrəy oldular, digərləri isə neytral mövqe tutdular. Belə olduğu təqdirdə "yeni qüvvələr" parlamentdə ən çox mandat əldə etdilər, kommunistlər 18 mandatla 2-ci, sosialistlər 13 mandatla 3-cü oldular. Lakin "yenilərin" qələbəsinə baxmayaraq, qırmızılar (kommunistlər) hələ də xalq içərisnədə geniş nüfuza malik idilər, buna görə də "sağçılar" hər istədiklərini rahat həyata keçirə bilmirdilər.
İstədiyinə nail olduqdan sonra rəsmi Roma blokadanı aradan qaldırdı.
4 il hakimiyyətdə olmasına baxmayaraq, SXDP-sı ölkədə ciddi dəyişiklər edib, xalqın rifahını yaxşılaşdıra bilmədi. Lakin buna baxmayaraq həm onlar, həm də onların "ağası" İtaliya 1955-ci il seçkilərində parlamenti qırmızılardan təmamilə təmizləmək istəyirdilər. Amma sağçıların bu istəkləri baş tutmadı. Belə ki, SXDP parlamentdə bu dəfə də 26 yer tutduqları halda, qırmızılar 31 mandadı ələ keçirdilər. Kommunist Domeniko Morqanti Xarici İşlər Naziri vəzifəsinə irəli çəkildi. Onu da əlavə edək ki, həmin dövrdə bu vəzifədə olan kəs parlament tərəfindən seçilən 2 kapitan-regentdən daha çox səlahiyyətlərə malik olduğundan faktiki hökumətə rəhbərlik edirdi. Sol qüvvənin bu qələbəsi, rəsmi Roma və onun əlaltılarına sərf etməsə də, ilk vaxtlar onlara qarşı ciddi təxribatlar törədə bilmədilər. 1956-cı ildə qırmızılar San-Marinonu minimal vergili azad iqtisadi zona elan etdilər. Cırtdanların bu cür müstəqil siyasət yeritməsi sosialist ölkələrində alqışlanmış və həmin ölkələr investisyalar yatırmaq istəklərini bildirmişdilər. Lakin İtaliya və onun imperialist müttəfiqləri (ABŞ, Britaniya, Fransa) cırtdanların yürütdükləri siyasətin baş verməməsi üçün yenidən təzyiq, sıxışdırma, təcridetmə vasitələrinə əl atırlar.
İlk olaraq rəsmi Romaya xidmət edən SXDP 19 sentyabrda parlamentdə müzakirə qaldırır ki, 1957-ci il oktyabrın 1-ində yeni kapitan-regentlərin seçilməsi üçün keçiriləcək seçkilər beynəlxalq komisiyanın (imperialist və antisosialist dövlətlərdən) müşahidəsiylə 3 noyabrda keçirilsin. Qırmızıların etirazına (say çoxluğuna görə) baxmayaraq qərar qəbul edilir. Qırmızılar bu qərarı boykot edirlər. Buna müvafiq olaraq İtaliyaya xidmət edən "sağçılar" solçu hökuməti qeyri-legitim adlandırır, eyni zamanda kapitan-regentlərin əmri ilə jandarm qüvvələri parlamenti mühasirəyə alır. 30 sentyabrda müxalif solçu deputatlar ölkənin şimalında yerləşən Servalle şəhərinin Rovereto qəsəbəsinə gedərək, silahlı birləşmələr yaradaraq, özlərini "müvvəqəti hökumət" elan edirlər. Buna müvafiq olaraq, SXDP "ağalarını" köməyə səsləyir. Çağırışa cavab olaraq, İtaliya San-Marinonun hərbi blokadaya alınması barədə göstəriş verir. Onlar əvvəlcə əlaltılarına köməyə 150 nəfərlik karabinerlərdən ibarət dəstə göndərir. Daha sonra isə karabinerlərdən ibarət tabur, 20 tank və zirehlimaşınla cırtdan dövlətin paytaxtını ələ keçirmək üçün yürüşə başlayırlar. Qırmızılar sona qədər mübarizə aparacaqlarını bildirirlər, italiyalı kommunist həmkarları da gizli olaraq, onları yüngül atıcı silahlarla təmin etsələr də silaha olan ehtiyacları tam ödənilmir, ona görə də sanmarinolular müzeylərdə olan qədim eksponat silahları da götürüb silahlanırlar. Ölkə əhalisinin də əksəriyyəti qırmızıları dəstəkləyirdi. Lakin bütün bunlar az idi. Qırmızılar müqavimət göstərməklə SSRİ və digər sosialist dövlətlərdən dəstək gözləyirdilər. Xüsusi ilə də BMT-də adı çəkilən dövlətlər, İtaliyanın cırtdan dövlətin ərazi bütövlüyünə və suverenliyinə müdaxiləsini pisləyərək onların nüfuzlarına beynəlxalq aləmdə zərbə vurmalı idi. Hətta SSRİ BMT-də oraya sülhməramlı motoatıcı alay göndərməyə də hazır olduğunu bildirmişdi. İtaliyadakı kommunistlər də həmkarlarına 500 nəfərlik veteran qırmızı partizanlardan ibarət dəstə göndərməyə hazır olduqlarını bildirdi. Lakin bu vədlərin hamısı havada qaldı. Bunun ən böyük səbəblərindən biri o idi ki, ABŞ başda olmaqla digər Qərb dövlətləri SXDP-nin formalaşdırdığı (qanunsuz olmasına baxmayaraq) hökuməti rəsmən tanıdı. Həmçinin digər kontinentlərdə Qərb imperializmi ilə mübarizə aparan rəsmi Moskva cırtdan ölkəyə açıq dəstək verməklə özünə qarşı yeni bir cəbhə yaratmağı məqsədə uyğun bilmədi.
Meydanda tək qalan qırmızılar qırğına yol verməmək üçün silahı yerə qoydular. Hətta XİN Domeniko Morqanti bu sözləri dedi: "Biz gücə və zokarılığa güzəştə gedirik!"
12 oktyabrda San-Marino İtaliyan karabinerləri tərəfindən təmamilə işğal olundu. 24 oktyabrda isə hökumət tamamilə rəsmi Romanın əlaltılarının əlinə keçdi. Solçu rəhbərlərdən 11 nəfər həbs olunur, tezliklə kommunist partiyası gözdən salınaraq, məhdudlaşdırılır. Beləliklə, heç bir dövlətə təhlükə törətməyən anklav, cırtdan San-Marinonun başına div dövlətlərin möhkəm yumurqları dəydi...
Комментариев нет:
Отправить комментарий