Mübarizə Amerika ilə Rusiya arasında gedir. Amerikanlar bütün Yer kürəsini özlərinə tabe edib birqütblü dünya yaratmaq, onu istədikləri kimi idarə etmək istəyirlər. Yəni əhalinin sayını 1 milyarda endirmək, dünya dövləti yaratmaq, istehsalatı robotlaşdırmaq və s. Amerikanın yaratmağı planlaşdırdığı həmin birqütblü dünyada bizə birmənalı yer yoxdur. Bizə deyəndə ki, bəlkə də içimizdən 150-200 nəfər seçəcəklər, amma 99,9999 faizimiz orada olmayacağıq...
Rusiya, onun çoxqütblü dünya layihəsi amerikalı qlobalistlərin qarşısında ən böyük maneədir. Dolayısı ilə, bəzilərinizin gecə-gündüz söydüyü Rusiya, Putin, Duqin və digərləri sizi xilas etməyə çalışır. Amma başa düşmürsünüz. Bataqlığa düşüb boğulmaq təhlükəsiylə üz-üzə qalan at kimi xilaskarınıza müqavimət göstərirsiniz...
Ay erməni belə oldu, Qara göl qara gəldi, nə bilim, Qandinin çörəyi hindlilərə haram olsun, farslar ermənilərə niyə göz vurdu və s.
Başa düşmürsünüz ki, Amerikanın qorxunc planını dayandırmaq istəyən Rusiya bölgədə nəzarəti tam ələ almalıdır ki, xilas olaq. Yoxsa qlobalistlər axırımıza çıxacaq. Başlamısız Qaragöl məhəbbətinə...
A kişilər, rus məsələyə əl qoyubsa, problemi də həll edəcək, Qara göl də, Şərbət gölü də, Sarısu da, Göy göl də, Maral göl də hamısı bizim olacaq. Bizdən bircə şey tələb olunur: o da Amerikaya işverənlik etməmək, vəssalam. Birmənalı Rusun yanında olmalıyıq. Başqa şeyə görə yox ha, ancaq özümüzə görə...
Hindistanın-zadın başını buraxın, onları ingilis dingildədir. Bir də ki, guya biz Kəşmir məsələsinbdə Pakistanı müdafiə edirik deyə, Pakistan da bizə dəstək verir deyə, o kişi olmamışlar da erməniyə dəstək verir. Boş şeydir. Onların hansısa Şiravanının nəsə qırıldatmasının heç bir önəmi yoxdur. Hər şeyi Rusiya ilə Amerika həll edir...
Rusiya Avrasiya Birliyini qurduqdan sonra SSRİ-nin dünyadakı köhnə nüfuzunu bərpa edəcək. Hindistan və Pakistan da ora daxildir və onlar bütövlükdə bizi müdafiə etmək zorunda qalacaqlar, çünki Avrasiya layihəsi içərisində Kəşmir də həll olunacaq. O zaman ermənilərlə maraqlarımız üst-üstə düşəcək. Hansısa gölməçədə sunami yaratmağa çalışmayacağıq...
Amerika güclü olsa da, Rusiyaya qalib gələ bilməyəcək. Radikal addımlar dünyanın sonu olacaq. Yəni su Rusiyanın boğazına çıxsa, atom bombasını atacaq ABŞ-a və düz də edəcək.
Çünki dünyanın qarşısında 3 yol var. Ya ABŞ birqütblü dünyanı yaradaraq, hamımızı məhv edir və özünə lazım olan 1 milyardı saxlayır. Ya Rusiya buna imkan vermir və biz əvvəlki kimi çoxqütblü dünyada yaşayır, mübarizə aparırıq. Ya da dünya nüvə müharibəsi nəticəsində məhv olur. Məncə bizim üçün ən pisi birinci, ən yaxşısı ikinci variantdır. Üçüncü variant hamımız üçün pisdir...
Ən realı isə ikinci variantdır...
Комментариев нет:
Отправить комментарий