27.05.2021

Valeri Korovin, “ANAKONDA İLƏ DÖYÜŞƏ GİRƏCƏYİK”:

– “Beynəlxalq terrorizm” anlayışı hər yerdə bir cür tətbiq edilir. Bu barədə danışan hər kəs öz iqtisadi maraqlarınından çıxış edir. Amerikan iqtisadi blokadasının nə demək olduğunu da izah etməyə ehtiyac yoxdur- son zamanlar biz dəfələrlə dövlətlərin iqtisadiyyatlarının dağıdılmasını və rəqabətdən vurulub çıxarılmasını görmüşük. Geopolitik məntiqdən, o cümlədən iqtisadi maraqlarından çıxış edərək belə bir qənaətə gəlmək olar ki, Qərb üçün absolyut şər, beynəlxalq terrorist, izqoy-dövlət odur ki, Qərbin və ABŞ-ın maraqlarına deyil, onun əksinə, məsələn, öz maraqlarına xidmət edir. Qərbin mövqeyinə görə, Qərbin və ABŞ-ın maraqlarına zidd fəaliyyətlə məşğul olan hər kəs beynəlxalq terrorizmin mənbəyi hesab edilir. Bəs onda Avrasiyanın ərazisində terrorizm, destabilizasiya, lokal müharibələr, iqtisadi blokada, iqtisadiyyatların dağıdılması təşəbbüsü kim tərəfindən aparılır?!

Комментариев нет:

Отправить комментарий