23.05.2021

İmamların dəfn edildiyi Bəqi məzarlığının dağıdılmasından 98 il ötür

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Məhəmməd Peyğəmbərin (s.ə) məzarından 300 metr aralıda yerləşən və imamların və səhabələrin dəfn edildiyi Bəqi məzarlığının dağıdılmasından 98 il keçir.
Çoxlu səhabələrin, Peyğəmbər, imamlar və onların övladlarının dəfn edildiyi Bəqi məzarlığı tarixdə iki dəfə 1806 və 1925-cı ildə radikal vahhabi birləşmələri tərəfindən dağıdılıb.
Bəqi məzarlığının sonuncu dəfə dağıdılması zamanı məzarlıqda olan qəbirlərin üzərindəki bütün qübbə və türbələr “şirklə mübarizə” bəhanəsilə ilə yerlə yeksan edilib.
Bu cinayət hadisəsinin 8 şəvvala təsadüf etdiyindən bir çox müsəlman ölkələrində bu günü hüzn günü kimi qeyd edirlər.
Qeyd edək ki, Bəqi məzarlığında 4 imamın, Məhəmməd Peyğəmbərin övladları və zövcələrinin və onlarla səhabənin məzarı var.
Müsəlman təşkilatları və alimləri intensiv olaraq, Səudiyyə Ərəbistanı hökumətindən tələb edirlər ki, Bəqi və onun kimi dağıdılan dini abidələrin təmirinə icazə versin. Lakin 98 il keçməsinə baxmayaraq islam alimlərinin, radikal düşüncələrin fəsadları ilə bağlı xəbərdarlığına məhəl qoyulmur. /salamnews.org/

Комментариев нет:

Отправить комментарий