23.05.2021

Avrasiyaçılığın daha dar- 20-ci əsrin 20-30-cu illərinin ilk avrasiyaçılarının bu anlayışa verdikləri məzmunla qismən səsləşən mənası postsovet məkanının lokal inteqrasiyası prosesi ilə məhdudlaşır. 
Analoji inteqrasiyanın müxtəlif formalarını tarixi kontekstdə hunların çöl imperiyasından, digər köçəri imperiyalardan (monqol, türk və hind-avropa) tutmuş Çingizxanın səltənətinə və “orda”lara qədər izləmək mümkündür. Sonra inteqrasiya funksiyasını Rusiya pravoslav monarxiyası, daha sonra isə SSRİ öz üzərinə götürdü. Dövlətçiliyin hər bu cür bir növbəti formulası konkret mərhələnin tarixi spesifikasını əks etdirdi.
Bu gün inteqrasiya ənənəsini davam etdirən Avrasiya Birliyi demokratiya prosedurunu, xalqların hüquqlarını, inteqrasiya prosesinin bütün iştirakçılarının mədəni, dil və etnik xüsusiyyətlərini nəzərə alan xüsusi dünyagörüşü modeli hazırlamışdır.
Avrasiyaçılıq qismən dar olan bu miqyasda postsovet məkanının demokratik, qeyri-zorakı və könüllü əsaslarla, hər hansı etnik və ya konfessional qrupun dominantlığına əsaslanmayan inteqrasiya fəlsəfəsi kimi də baxıla bilər.

Aleksandr Duqin, “AVRASİYAÇILIĞIN 7 MƏNASI”

Комментариев нет:

Отправить комментарий