“ABŞ tərəfindən işğal olunmuş İraq, Əfqanıstan, Türkiyə, Müşərrəfin rəhbərlik etdiyi marionet Pakistandan ibarət cənub sanitar kordonun tam olmasına yalnız İran mane olur. Məhz İran özünün müstəqil, antiamerikan siyasəti ilə ABŞ-a cənub sanitar kordonunu tam tikib-qurtarmağa imkan vermir. Məhz İran problemi atlantistlərlə avrasiyaçıların mübarizəsidir. Bu mübarizədə bir tərəfdə öz ərazisinə daxildən nəzarət etməyə çalışan materikal avrasiyaçı qüvvələr, digər tərəfdə isə Avrasiya materikini ələ keçirmək üçün onun cənub sahili boyu ərazilərə soxulan atlantist qüvvələrdir.
Bugünki dünya xəritəsinə nəzər yetirsək, aydın şəkildə görərik ki, ABŞ-ın yarandığı gündən qəbul edilmiş, İkinci Dünya Müharibəsindən sonra Avrasiyaya qarşı aktiv tətbiq olunan “Anakonda” strategiyasının həyata keçirilməsi başa çatmaq üzrədir. “Anakonda” cənubda sanitar kordonu tikib qurtarandan sonra onu materikin perimetri boyu düzdüyü amerikan hərbi bazaları ilə möhkəmlətməklə Avrasiya materikini “boğmağa” cəhd göstərir.
Cənub sanitar kordonunun ən başlıca funksiyalarından biri bizim üçün həyati vacib əhəmiyyətli məsələ olan isti dənizlərə çıxışımızın qarşısını almaqdır. ABŞ onilliklər boyu bu siyasəti yürütsə də materik qüvvələri bu çıxışı almaqda israrlıdırlar. Sovet dövründə olduğu kimi indi də Hindistan bizim geopolitik müttəfiqimiz olmaqda davam edir. Lakin bizim Hindistan üzərindən Hind okeanına çıxışımızın yolu Əfqanıstanda bağlıdır. İndi orda amerikan bazaları yerləşir. Hind okeanına yolumuzun üstündə həm də Pakistan durur ki, o da ABŞ təsir zonasına aiddir.
Hind okeanına Çin üzərindən çıxış məlum səbəblərə görə mümkün deyil. Bu gün Çin ABŞ-la aktiv əməkdaşlıq edən, müstəqil və böyük bir geopolitik gücdür. Rusiya ilə Çinin münasibətləri dərin strateji əməkdaşlıq haqqında danışılacaq qədər yaxşı səviyyədə deyil. Belə olan halda Rusiyanın isti dənizlərə birbaşa çıxış imkanı İranla strateji müttəfiqlikdən keçir.
ABŞ bu gün Cənubi Qafqazda zərif bir kəmərlə İrana birbaşa çıxışımızı bağlayıb. O bizim Azərbaycan və Gürcüstan vasitəsilə İrana çıxışımızın qarşısını kəsib. Lakin tərəddüdlər içində olan Azərbaycandan İrana çıxmaq daha rahatdır, nəinki ABŞ-ın birbaşa nəzarətində olan Əfqanıstan və Pakistan vasitəsilə Hindistana çıxmaq. Ona görə də bizim isti dənizlərə çıxmağımız üçün daha əlverişli ölkə İrandır. Məhz buna görə də İran ətrafında baş verən hadisələr dəqiq, aydın geopolitik çalarlara malikdir. Mahiyyət etibarilə bu ölüm-dirim məsələsidir – Rusiya Anakondanın ölümcül qoynudan çıxa biləcək, ya yox”.
Комментариев нет:
Отправить комментарий