15.06.2021

Valeri Korovin, “RUSİYA İRANA NÜVƏ SİLAHI YARATMAQDA KÖMƏK EDƏCƏK”:

“İndiki vəziyyətdə İranın nüvə silahına malik olması onun alterqlobalist status qazanması deməkdir və bu Rusiya üçün sərfəlidir. İranın nüvə silahına sahib olması Rusiyaya geopolitik reabilitasiya üçün kart-blanş verilməsi deməkdir. Bununla belə, İran rəhbərliyi həmişə qeyd edir ki, nüvə silahının yaradılması islam dininin normalarına ziddir və bu silahı yaratmaq məqsədi güdmür. Burda söhbət İranın suverenliyinin qorunmasından gedir. İranın suverenliyinin saxlanılması Rusiyaya öz suverenliyini möhkəmləndirməyə imkan verir. Əgər Rusiya İranı açıq-aşkar müdafiə etsə, ABŞ-ı çoxqütblü dünya düzəni ilə barışmağa məcbur edəcək. Əgər İran öz mövqeyində israrlı olsa, sabah biz çoxqütblü dünyada yaşayacağıq. Yox əgər müqavimət göstərməyi dayandırsa və mövqeyini itirsə, o zaman ABŞ-ın təkbaşına hökmranlığı heç vaxt olmadığı qədər real olacaq”.

Комментариев нет:

Отправить комментарий