Yağışdan çıxıb, yağmura düşənlər, gününüz aydın.
"İkarusdan" düşüb PAZ-a keçənlər, sizlərə də salam olsun.
Günündən-güzəranından, sürünməyindən razı qalanlar, sizi də xoş gördük.
30 ildir "azatdıx"dan, "mustaqıllıx"dan bolluca hayqırıb səhərini axşamla qarışdıranlar, sizin də qüruba doğru gedən hər vaxtınız xeyir.
Şəkildəki kimi arxaları ilə gələn bəlaları görməyənlər, sizə də Günəş işığı arzulayıram.
Boş beyinləri azadlıq, müstəqillik, həmrəylik, qurtuluş, dürtülüş sözləri ilə dolu insanlar, sizin qurtuluş bayramınızı təbrik eləmək istəyindəyəm. Qara gələn günlərinizin bayramı...
30 ildə kimdən qurtulmusunuzsa, onu deyə bilmərəm, amma övladlarınız sizin sarsaqlığınıza görə əbədi əziyyətdə olacaq.
Kim dürtülə bilibsə, bu bayram onundur.
Bir az da sağdan götürsəniz tamam girə biləcəksiz.
Əkrəm Məlikov
Комментариев нет:
Отправить комментарий