21.06.2021

Valeri Korovin: Paşinyanın müqavilənin şərtlərini yerinə yetirməkdən başqa yolu qalmayıb


“Ermənistanın siyasi-ideoloji məkanı başdan-başa qərbpərəstlər və sorosçulardır”

Tanınmış rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, İzbor klubunun üzü Valeri Korovin caliber az saytına müsahibə verib. Müsahibədə politoloq Ermənistanda keçirilmiş seçkilər, Paşinyan hakimiyyəti və Qarabağ konfliktinin nəticələri barədə maraqlı fikirlər səsləndirib.
Politoloq bildirib ki, Paşinyan artıq Qərbin adamı deyil: “Paşinyan çoxlu şeylər etdi ki, bu da Qərbin ondan üz döndərməsinə səbəb oldu. O Qarabağdakı müharibəni uzatmadı, daha qanlı-qadalı və üzücü etmədi, Rusiyanı müharibəyə qatmadı, ABŞ-ın Ermənistana girməsi üçün aktiv cəhdlər göstərmədi, baxmayaraq ki bununçün amerikanların və Sorosun dəstəyi ilə yaradılmış minlərlə QHT əllərindən gələni edirdilər və çoxlu pul qoyulmuşdu. Qərb üçün o artıq lazımsız adama çevrilmişdir”.
Korovinin sözlərinə görə, Paşinyan indi Rusiyaya söykənməlir və öz dövlətinin maraqlarını liberal, Qərb, qlobalist ideologiyanın maraqlarından üstün tutmalıdır, çünki hal-hazırda Paşinyana güc verəcək yeganə qüvvə - Rusiyadır: “Görünür ki, Paşinyan sıxıcı çərçivə arasına qoyulmuşdur. O daxildə əhalinin, xaricdə isə Qərbin təzyiqi ilə üz-üzədir. Onunçün yaganə imkanlar pəncərəsi Rusiya tərəfdən açılmışdır. Rusiya transport koridorlarının inkişafında və 44 günlük müharibənin nəticələrinə görə imzalanmış müqavilənin müddəalarının realizasiyasında maraqlıdır. Paşinyanın infrastruktur layihələri və transport koridorları üzrə razılaşmaları yerinə yetirməkdən başqa yolu qalmayıb”.
Politoloqun fikrincə, Ermənistanın zəif cəhəti ondadır ki, ölkənin siyasi məkanı Rusiyayönümlü deyil: “Ermənistanın siyasi-ideoloji məkanında açıq avrasiyaçı qüvvə yoxdur ki, Rusiya ilə münasibətlərin qaydaya salınmasına səsləsin. Ermənistanda daha çox Qərbyönümlü qüvvələr üstünlük təşkil edir ki, bir çoxu millətçi və ermənipərəstdirlər. Ümumilikdə bunlar – başdan-başa Sorosdur”.

Комментариев нет:

Отправить комментарий