25.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI

Etnos – ümumiyyətlə götürdükdə insanların hər cür cəmi, tarixi taleyin ümumiliyinə əsaslanan “kollektiv”, xalq, kiçik xalq, millət, tayfa, qəbilə birliyidir. Hər bir etnosun əvvəli və sonu var: o doğulur, yetkinləşir, qocalır və ölür. Bununla bərabər heç bir etnos, heç bir xalq “tənha yaşamır”. Onların arasında müvafiq komplimentarlıq, simpatiya, dostluq ilə şərtlənən rəngarəng etnik əlaqələr mövcud olur. Ruslarda belə bir komplimentarlıq “monqoloidlərlə” asanlıqla qurulmuşdur, ancaq avropalılarla, xüsusən də katoliklərlə münasibətdə qorxunc çətinliklər yaranmışdır. Qumilyov yazırdı: “Babalarımız velikoruslar 15-16-17-ci əsrlərdə Volqa, Don, Ob tatarları və rus mədəniyyətini qəbul edən buryatlarla asanlıqla və çox sürətlə qaynayıb-qarışıblar. Velikoruslar özləri yakutların içində asanlıqla əriyiblər, yakutlaşıblar, daim qazaxlar və kalmıklarla yoldaşcasına, dostcasına əlaqədə olublar. Evləniblər, Mərkəzi Asiyada monqollarla problemsiz yola gediblər. Necə ki 14-16-cı əsrlərdə monqollar və türklər də Mərkəzi Rusiyada ruslarla asanlıqla qaynayıb-qarışıblar”. Ona görə də Moskva Rus dövlətinin tarixini rus-tatar etnik əlaqələri kontekstindən, Avrasiya qitəsinin tarixindən kənarda nəzərdən keçirmək olmaz.

Комментариев нет:

Отправить комментарий