AVRASİYA HƏRƏKATININ PROQRAMI: «AVRASİYA SEÇİMİ»
Kontinental masştablı meşə-çöl imperiyasının ifadəsi olaraq Rusiya-Avrasiya dövləti xüsusi “seçim” əsasında xüsusi idarəçilik metodu tələb edir. Həmin “avrasiyaçı seçim” landşaft şərtlərinə uyğun gələn xüsusi etika əsasında həyata keçirilir. Bu, kollektiv məsuliyyət, təmənnasızlıq, qarşılıqlı yardım, asketizm, iradə, dözüm, rəhbərliyə sözsüz tabeçilik etikasıdır. Yalnız bu keyfiyyətlər Avrasiya meşə-çöl zonasındakı geniş, az məskunlaşmış torpaqlar üzərində nəzarətin saxlanılmasını təmin edə bilər. Avrasiyanın hakim sinfi kollektivçilik, asketizm, döyüşçü ləyaqəti, ciddi iyerarxiya əsasında formalaşıb. Çingizxanın qanunlar məcəlləsi olan “Yasa”nın əsasında məhz bu prinsiplər dayanırdı. Sonralar “Avrasiya seçiminin” əsas motivləri Moskva Rus dövlətinin siyasi quruluşunda öz əksini tapdı. İstənilən ideoloji fasadda Rusiyanın-Avrasiyanın real idarəçilik mexanizmi təbii olaraq “Avrasiya seçimi” məntiqinə meyillənir.
Комментариев нет:
Отправить комментарий