18.06.2021

Əhli-kefin namazı

Bir dayı var idi, namaz qılan deyildi. Uşaqlardan kimsə onu cümə günü məscidə gətirmişdi. Camaat namazı başlayır, dayı da camaata qoşulub namaz qılmaq istəyir. Dayı namaz vaxtı gah sağa-sola, geriyə, yanındakılara baxıb vurxunaraq namaz qılır. Namaz qurtarır, yanındakılar bundan soruşur ki, dayı nəsə birtəhər namaz qıldınız, hansı məzhəbdənsiniz, əhli-sünnüsünüz yoxsa əhli-şiə? Dayı da deyir, bala, mən nə əhli-sünnüyəm, nə də əhli-şiə, mən əhli-kefəm, ömür boyu arax vurmuşam.)) 
Cümə gününüz mübarək olsun, əziz dostlar!

Afik Əli

Комментариев нет:

Отправить комментарий