14.06.2021

Bizim ərazilərdə Ermənistan dövlətini Türkiyə yaratdı

"Rəsulzadə ilə Hacınski İrəvanın ermənilərə verilməsi məsələsindən imtina etdikdə, sənədlərdə qeyd olunur ki, Xəlil bəy Menteşə barmağını stola çırpa-çırpa ultimativ şəkildə Azərbaycan tərəfinə bildirir ki, bizim Bakının qurtuluşu üçün sizə göstərəcəyimiz yardım İrəvana söykənir. Və müzakirə stolunu tərk edir".
Tarixçi Vasif Qafarov
 
Şəkildə: Xəlil bəy Menteşə (Osmanlının Ədliyyə Naziri, Batum müqaviləsi zamanı Osmanlının nümayəndə heyətinin rəhbəri)

Osmanlının 1920-ci ildə Avropa ölkələri ilə imzaladığı Sevr Müqaviləsinin 88-93-cü maddəsində yazılıb: "Osmanlı Dövləti Ermənistan Respublikasını tanıyacaq. ABŞ prezidenti Thomas Woodrow Wilson hakim olaraq Osmanlı-Ermənistan sərhədini təyin edəcək. ABŞ prezidenti 22 noyabr 1920-ci ildə verdiyi qərarla Trabzon, Ərzurum, Van və Bitlis əyalətlərini Ermənistana verir".
Göründüyü kimi Ermənistan hökümətinin qurulmalı olduğu yer tarix boyu indiki Türkiyə əraziləri olmuşdur. Türkiyə 450 min ermənini İrəvan ərazilərinə köçürmüş və Azərbaycandan İrəvanda ermənilər üçün dövlət yaradılmasını tələb etmişdir. 1918-ci ildə İrəvanın ermənilərə verilməsi ilə yaranmış Ermənistan dövlətini ilk tanıyan müsəlman hökümətin də Osmanlı olması, Osmanlının nəyin bahasına olursa olsun erməniləri ərazilərindən kənarda saxlamaq istəyindən xəbər verir. Bu eynilə ayaq basdığı hər yerdə fitnə yaradan sionist əqidəli yəhudilərin avropalılar tərəfindən gəmilərlə Fələstin ərazilərinə gətirilib tökülməsinə bənzəyir. Bugün necə ki, bunun əziyyətini Fələstin xalqı çəkir, Türkiyənin də öz ərazilərində yaşayan ermənilər üçün bizim torpaqlarımızda dövlət yaratmasının əziyyətini də biz azərilər çəkirik...

Fərid Qurbanlı

Комментариев нет:

Отправить комментарий