30.06.2021

Azərbaycan nefti Fətulla Gülənin terror sektasına məxsusdur


Rusiya Federal Xəbərlər Agentliyinin kolumnisti Serqey Zaqatin Azərbaycan nefti ilə bağlı maraq doğruran məqalə yazmışdır. “Azərbaycan nefti kimə məxsusdur?” adlı həmin məqaləni sizə təqdim edirik.

Azərbaycan nefti kimə məxsusdur? O artıq Azərbaycan xalqına, hətta Ərdoğan Türkiyəsinə də məxsus deyil.
Beləliklə, Azərbycan neftinin sahibi haqda danışmaq üçün ilk əvvəl dekorasiyaları nizamlayaq.
Ortalıqda var:

a) Türkiyə prezidenti Rəcəb Ərdoğan. Əvvəl Fətulla Gülənin dostu olub, sonra onun qatı düşməninə çevrilib;
b) Fətulla Gülən, ABŞ-da yaşayan milyarder, moizəçi, vahid “dini dövlət” yaradılması məqsədilə dünyanın bütün “düzgün müsəlmanlarının” Ankara ətrafında konsolidasiyası ideyasını yeridən sektanın lideri. Ərdoğana hakimiyyətə yiyələnməkdə kömək etdi, sonra isə ona qarşı iki dəfə (2013 və 2016-cı illərdə) fitnə-fəsad törətdi;
v) Gülənçilər, nurçular, Gülən camiəsi, “Xizmət”, “İcma” və sair – Fətulla Gülənin terrorçu sektasının yüzlərlə adı var. (Yerindəcə qeyd edək ki, 2008-ci ilin aprelində Rusiya Ali Məhkəməsi “Nurçular” təşkilatını ekstremist təşkilat elan etdi və onun fəaliyyətinə Rusiya ərazisində qadağa qoydu. 2012-ci ildə Fətulla Gülənin kitablarının çox hissəsi Rusiyada ekstremist ədəbiyyat kimi qadağan edildi). Dövlətə qarşı fəaliyyətlərinə görə Gülən tərəfdarlarının Türkiyədə təqib olunmasına 2014-cü ildə başlandı. 2016-cı ildə gülənçilər hərbi çevriliş törətməyə cəhd göstərərkən Ərdoğan qüvvələri gülənçilərin radikal hissəsini- FETO adlanan terrorçi təşkilatını təqib etməyə başladılar. Xatırladaq ki, gülənçilər Türkiyə bazasında müsəlmanların (müsəlman dedikdə onlar sünniləri və sələfiləri nəzərdə tuturlar) ümumdünya şəriət dövlətinin yaradılmasına can atırlar. Niyə Türkiyənin bazasında? Çünki Türkiyə xalqı “seçilmiş” xalqdır və ümumiyyətlə ən “bərkgedəndir”. Başa düşdüyünüz kimi, biz bunları hardasa eşitmişik- belə ibarələr keçmişdə on milyonlarla adamın ölümünə gətirib çıxarıb.
q) 2016-cı ildə nurçular-gülənçilər-fətullaçılar Türkiyədə məğlubiyyətə uğradılar. Qiyamı yatırmaq üçün Ərdoğan 100-dən çox general və admiralı, 6 mindən çox zabiti, 800-ə yaxın hakim və prokuroru həbs etməli və 21 min müəllimi işdən qovmalı oldu. Həmin adamlar hamısı bu və ya başqa şəkildə Gülənlə və gülənçilərlə bağlı idilər.
d) İlham Əliyev, Azərbaycan prezidenti. Ərdoğanın böyük dostu və müttəfiqi.
e) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (State Oil Company of Azerbaijan Republic, qısaca SOCAR). Vikipediada göstərilir ki, şirkət dünyada ən perspektivli neft şirkətlərindən biridir və onun fəaliyyəti ilə Azərbaycanın sosial-iqtisadi inkişafının perspektivləri bağlıdır.

Dekorasiyaları qoyduq, indi isə mahiyyətinə varmaq vaxtıdır.
Hələ 2015-ci ilin oktyabrında Ərdoğanın yeznəsinə məxsus olan Türkiyənin “Sabah” qəzeti, SOCAR və onun Türkiyə şirkətlərindəki bir sıra türk və azərbaycanlı məmurları Fətulla Gülən sektasına üzv olmaqda ittiham etdi.
Qəzet xəbər verirdi ki, Fətulla Gülən və tərəfdarları Türkiyənin energetik sferasını özlərinə tabe etmək üçün öz adamlarını bu sferaya milyardlarla dollar investisiya qoymağa hazırlaşan SOCAR-a yerləşdiriblər. Bu yolla nurçular Türkiyənin energetik sektorundan hakimiyyətə yaxın şirkətləri sıxışdırıb çıxarmaq və ölkənin bütün enerji sahəsini öz əllərinə keçirmək niyyətindədirlər.
Azərbaycan vətəndaşları ilə bağlı gülənçilik ittihamı hissəsində ilk əvvək iki personanı qeyd etmək lazımdır — SOCAR-a məxsus “Petkim” şirkətinin Direktorlar Şurasının o vaxtkı rəhbəri Vaqif Əliyev və xüsusən SOCAR rəhbəri Rövnəq Abdullayev. Bu möhtərəm adamların hər şeyi əladır — Rövnəq Abdullayev hələ də SOCAR rəhbəridir, Vaqif Əliyev isə 2020-ci ildə SOCAR-ın İnvestisiyalar İdarəsinin rəisi idi.
Odur ki, Ərdoğanın iradlarının yerinə yetirilməsi SOCAR-ın icraçı direktorunun birinci müavini Samir Kərimlinin işdən çıxarılması ilə qurtardı. “Sabah” qəzetində adı çəkilən nurçuların SOCAR-dakı özəyinə Əliyev toxunmadı. Həssas məsələdir, eləmi?
Rusiyada da, Türkiyədə də nurçuluq-gülənçilik ekstremist və terrorist təşkilat kimi qadağan olunub, amma ola bilsin ki, Əliyevin məsələyə öz baxışı var.
Davam edək. Bəlkə SOCAR o qədər xeyir gətirir ki, dərinə getməyə ehtiyac yoxdur? 16 iyun 2021-ci ildə hakimiyyətyönümlü (oxu: əliyevçi) haqqin.az portalı elə həmin Vaqif Əliyevə istinadən xəbər verdi ki, “SOCAR-ın ən nəhəng xarici investisiyaları Türkiyəyə qoyulub, onların həcmi 16,5 milyard dollara çatıb”.
Yəni Fətulla Gülənin yuxarıda dediyimiz Türkiyənin energetika sferasını asta-asta tabe etdirmək fətvası SOCAR rəhbərliyi tərəfindən hələ ki can-başla yerinə yetirilir.
Eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti” Türkiyəyə nəhəng vəsaitlər qoyduğu bir vaxtda —hansı ki bu vəsaitlər teoretik cəhətdən Azərbaycanın sosial-iqtisadi inkişafına işlənməliydi— İlham Əliyev onun Azərbaycan büdcəsinə olan 400 milyon dollar borcunu silir.
Dövlət şirkətinin öz ölkəsindən vəsaitləri başqa dövlətin inkişafı üçün çıxarıb aparması ilə bağlı bu biabırçılıq təkcə Ərdoğan-Əliyev liniyası ilə getsəydi, bunu sadəcə köhnə xeyirxah müstəmləkəçiliklə izah etmək olardı. Hə, hə, doğrudan, axı türklər və azərbaycanlılar — qardaşdılar, praktiki olaraq eyni xalqdılar. Sadəcə pulqabıları ayrıdır və dönər kababları fərqlidir — amma buna Azərbaycanda son ayların patriotik dumanında heç kəs fikir vermək istəmir.
Həmin soyğunçu sxemdə Gülənin adamlarının (oxu: ekstremistlərin və terroristlərin) iştirakı bu işi daha yırtıcı edir. Faktiki olaraq əgər açıq mənbələrə istinad etsək, belə görünür ki, Azərbaycan neftinə beynəlxalq terroristlər nəzarət edirlər ki, onların əsas məqsədi — Ərdoğandan sonrakı Türkiyənin bazasında növbəti “düzgün Xilafət” qurmaqdır. Bunun oxşarını biz artıq yaxınlarda Suriyanın şərqində və İraqın şimalında görmüşük — bunu aradan aparmaq üçün çoxlu güc sərf etmək lazım gəldi.
Moskvanın yerində olsaydım, mən yoldaş Əliyevdən, elə yoldaş Ərdoğandan da çox maraqlanardım ki, nə baş verir və nə konkret nəticələr çıxarılmışdır?
Amma bu hələ məsələnin sonu deyil. Mövzunun dərinliyinə varanda aydın olur ki, Krım sahillərində ingilis gəmisi “Defender”in dikbaşcasına banlaması əbəs yerə baş verməyib — söhbətin içindədirlər və ziyan vururlar. Amma Böyük Britaniyanın bütün bu biabırçılıqlardakı rolu barədə növbəti materialda yazmaq lazım gələcək.

https://jpgazeta.ru/komu-prinadlezhit-azerbajdzhanskaya-neft/

Комментариев нет:

Отправить комментарий