Respublikaçı-konqresmen Con Buzmanın dediyi kimi ABŞ Rusiyanın “demokratik” vaxtlarında bura vətəndaş cəmiyyətinin inkişafına və iqtisadi islahatlara yardım məqsədilə yüz milyonlarla dollar pul göndərib və bundan sonra da göndərməyə hazırdır.
ABŞ Konqresi hətta Rusiyada və keçmiş SSRİ ölkələrində fəaliyyət göstərən “Eurasia Foundation” fonduna dəstək barədə xüsusi sənəd də qəbul etmişdir.
Moskvanın bəzi xırda cavab tədbirlərinə baxmayaraq ABŞ öz siyasi xəttini davam etdirərək bizim daxili işlərimizə aktiv surətdə qarışmaqda davam edir. Onların niyyəti bizim məkan üzərində geopolitik nəzarəti təmin etməklə onu idarə etməkdir. Əsas məqsəd Rusiyanı zəiflətmək və parçalamaqdır.
ABŞ uzun müddət Rusiyanın daxili-siyasi vəziyyətinə Yeltsin dövründən Kremldə oturan marionet piar-elita vasitəsilə nəzarət edirdi. Onlar amerikanların bizim daxili siyasi proseslərimizə qarışmalarına heç bir maneçilik törətmirdilər və Rusiyadakı siyasi qüvvələrin Amerika tərəfindən açıq maliyyələşdirilməsinə şərait yaratmışdılar. Lakin ölkədə siyasi elitanın dəyişməsi, Vladimir Putinin prezident olmasından sonra amerikanların ölkədəki daxili siyasi vəziyyətə birbaşa müdaxilə etməsi üçün olan lazım imkanlarının çoxu qapadıldı. QHT-lərin fəaliyyətini məhdudlaşdıran, siyasi partiyaların və QHT-lərin xaricdən birbaşa maliyyələşdirilməsinin qarşısını alan qanunlar qəbul edildi. Məhz buna görə də amerikanlar bizim daxili siyasi proseslərimizə təsir və müdaxilə etmək sistemlərini restrukturizasiya etməli oldular. İşlək olmayan təşkilatlar bağlandı, azad olan vəsaitlər isə ABŞ-ın idarəçiliyi altında olan pozucu, destruktiv və antirusiya mövqeli digər QHT-lərə yönəldildi.
“Eurasia Foundation” – Amerikanın köhnə sovetoloji mərkəzidir. Hələ Sovet dövründən fəaliyyətdə olan bu fond Sovet sisteminin öyrənilməsi, onun zəif nöqtələrinin müəyyənləşdirilməsi, topladığı məlumatlar əsasında Sovet İttifaqının sosialist və mənəvi təməllərinin dağıdılmasının metodlarını işləyib hazırlayır, ideoloji diversiyalar planlayıb həyata keçirirdi.
Onlar sosialist ideoloji prinsiplərini ona görə məhv etmirdilər ki, Sovet vətəndaşlarını marksizmin ideoloji məngənəsindən xilas etsinlər. Ona görə məhv etməyə çalışırdılar ki, həmin dəyərləri amerikan ideoloji klişeləri ilə əvəz etsinlər. Sovet dağılandan sonra həmin ideoloji klişelər uzun müddət bizə yeridildi.
SSRİ dağılandan sonra Amerikada postsovet məkanını, ilk növbədə Rusiyanı tədqiq edən bu sovetoloji təşkilatlar Amerikadan birbaşa “düşmənin” öz ərazisinə köçürüldü. Həmin təşkilatlar yenidən formalaşdırılaraq vahid bir strukturda – “Eurasia Foundation” fondunda birləşdirildi. Bundan sonra fond genişhəcmli şəkildə təxribatçı amerikan “dəyərlərini” bütün Avrasiya məkanına, ilk növbədə Rusiyaya yaymağa başladı.
Bugün həmin fond yenə də bizim böyük məkanımızda fəaliyyət göstərməkdə davam edir və əvvəlki tək onun məqsədlərində heç bir dəyişiklik yoxdur – ideoloji pozuculuq və daxili siyasi proseslərə müdaxilə etmək. Əlbəttə Rusiyanın yeni qanunvericiliyi sayəsində onlar bunu açıq şəkildə edə bilmirlər. Ona görə də maliyyələşdirmənin və təsir etmənin gizli üsullarını axtarıb tapırlar. Əgər indiki imkanları da bağlansa, onlar SSRİ dövründə etdikləri kimi burdakı atlantist şəbəkələrə qeyri-leqal kanallarla pul göndərəcəklər. Maliyyələşdirmə hansı yolla olur-olsun davam etdiriləcək.
Bü gün belə strukturların əsas vəzifəsi Rusiyada hökm sürən siyasi stabilliyi pozmaqdır. Bu məqsədə nail olmaq üçün onlar sona qədər öz dünyagörüşlərini insanların beyninə yeritməyə davam edəcəklər.
“Amerikan demokratiyası” adlanan ideyanın yumşaq üsullarla genişlənməsi alınmayanda millətçi və terrorçu şəbəkələr, həmçinin atlantist fondlar işə düşür. QHT-lərin ABŞ tərəfindən maliyyələşdirmə modeli dəyişdirildikdən sonra Rusiyanın idarəedici elitasına və bu idarəetmədə mövcud olan “yaramaz” siyasi sistemə qarşı təzyiq göstərmək üçün ABŞ tərəfindən daha qəti və sərt tədbirlər görülməsi gözlənilir. Başa düşmək lazımdır ki, Amerika dünya ağalığına can atmaq yolunda heç nədən çəkinən deyil. O bu ağalığa nail olmaq üçün qanunları pozmaqdan, soyqırım və kütləvi iğtişaşlar təşkil etməkdən, müstəqil dövlətləri bombalamaqdan belə çəkinməyəcək. Və Rusiya buna hamıdan çox hazır olmalıdır.
Комментариев нет:
Отправить комментарий