Yazdığım statusun altında indicə iki nəfər bir-birinə fars tulası, rus nökəri, türk köləsi, qərb yalağı deyə çoxlu küfr etdilər. Məcburən statusu onlardan birinə, təhqirə başlayana bağladım və kommentləri sildim...
Dostlar, gəlin bir az səbrli olaq. İnanın ki, çoxunuz bir müddətdən sonra mövqeyinizi dəyişəcəksiniz. Gəncsiniz, hələ ətrafda baş verənləri tam dərk etmirsiniz. Mənim də indikindən fərqli mövqeyim olub, Qərbə, demokratiyaya, ƏIi Kərimliyə inanmışam...
Gəlin elə dalaşaq ki, barışmağa üzümüz olsun. Kimsə bu balaca məmləkətimizin nicatını, qurtuluşunu Qərblə, Rusiya və ya Türkiyə ilə, yaxud İranla daha sıx münasibətlərdə görə bilər. Bu, təbiidir. Ola bilsin, şəxsi maraqlar, dünyagörüşü də bunda rol oynayır. Bu da təbiidir.
Gəlin söyüşlə, təhqirlə yox, məntiqlə, arqumentlərlə, analizlərlə, faktlarla danışaq. Əsaslı fikirlər yazaq...
İnşallah, bu dartışmaların sonunda elə bir nəticəyə gələrik ki, həm milli maraqlarımız, həm də şəxsi mənafelərimiz təmin olunar. Elə edək ki, o zaman bir-birimizin üzünə baxa bilək...
Комментариев нет:
Отправить комментарий