25.06.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI: «DEMOTİYA»

Qərb demokratiyası qədim Afinanın, uzun əsrlərdən sonra isə ada İngiltərənin spesifik şəraitində təşəkkül tapıb. Bu demokratiya Avropanın “yerli inkişafının” spesifik xarakteristikasını əks etdirir. Bu “demokratiya” universal meyar deyil. Başqa “yerli inkişaflar” xalqların siyasi idarəçilikdə fərqli formalı birgə iştiraklarını təklif edir; onlar hamısı həm formal, həm də məzmun xüsusiyyətlərinə görə bir-birindən fərqlidir. Rusiya-Avrasiya məkanı üçün Avropa “liberal-demokratiyası” normalarını kopyalamaq mənasız, mümkünsüz və zərərlidir. Rusiya xalqının siyasi idarəetmədə birgə iştirakı başqa terminlə – “demotiya” adlandırılmalıdır. Yunanca “demos” sözündəndədir və “xalq” mənasındadır. Bu birgə iştirak iyerarxiyaları inkar etmir və partiya-parlament strukturlarında formallaşdırılmamalıdır. “Demotiya” yerli şuralar sistemini, mahal nümayəndəliklərini və milli (kiçik xalqlar olduqda) nümayəndəlikləri nəzərdə tutur. “Demotiya” icma özünüidarəsi, kəndli “dünyası” əsasında inkişaf edir. “Demotiya”nın örnəyini Moskva Rusiyasında dindarların məbədə Baş dindar seçməsində görmək olar. Əgər “demokratiya” formal olaraq avtokratiyaya ziddirsə, “Avrasiya demotiyası” “Avrasiya avtoritarizmi” ilə tam uyğunlaşdırıla bilər.

Комментариев нет:

Отправить комментарий