Rusiya prezidenti Vladimir Putin və amerikalı həmkarı Co Bayden arasında görüşə saatlar qalmış Moskva güc nümayiş etdirib.
Metbuat.az xəbər verir ki, Rusiya ordusu “supersonik” raketi Barens dənizində sınaqdan keçirib. Təlimlər çərçivəsində keçirilən testin görüntülərini Rusiyanın “Zvesda” televiziyası yayımlayıb. Raket 2 min kilometr məsafədəki hədəfi vura bilir.
Ekspertlərin fikrincə təlimlərin Barens dənizində keçirilməsi ABŞ-a mesajdır. Çünki, son dönəmdə bu bölgə mübahisəli əraziyə çevrilib.
Комментариев нет:
Отправить комментарий