Mirzə Fətəli Axundova qədər böyük Azərbaycan coğrafiyasında Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Hacı Zeynalabdin Şirvanidən başqa yüksək səviyyəli kimlərimiz vardı?
Hələ adlarını açıqladıqlarım da şeir, qəzəl yazıb-yaratsalar da bir dəfə olsun xalq üçün milli əlifba haqqında düşünmədilər.
Axundov nə qədər çalışsa da, özündən sonra cəmi 67 nəfərə təsir göstərə bildi.
Bəyənmədiyimiz Azərbaycan SSR-də məhz Səməd Ağamalıoğlunun səyi nəticəsində ilk latın əlifbamız oldu, kütləvi şəkildə pulsuz məktəblər, universitetlər, institutlar, gecə məktəbləri, peşə məktəbləri açıldı, bütün SSRİ miqyasında pulsuz, hər cür təminatlı və hamı üçün əlçatan təhsil sistemi yaradıldı. Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Yusif Məmmədəliyev, Azad Mirzəcanzadə, Ziya Bünyadov, Heydər Əliyev, Əjdər İbrahimov, Səttar Bəhlulzadə, Adil İsgəndərov və onlarla başqa dünya səviyyəli sənətkarlarımız, yazıçılarımız, alimlərimiz, siyasi xadimlərimiz yetişdi.
İndi kim ziyallıları qırırdı? Müstəqillik adı altında ifrat kapitalizm, klançılıq, qohumbazlıq, yerlibazlıq gətirənlər, yoxsa sosializm çərvivəsində milli kimliyimizi qoruyub inkişaf etdirənlər?!
Abdulla Ember
Комментариев нет:
Отправить комментарий