Bu gecənin sehri başqadı.
Mən bunu az öncə həyət boyu qaçıb küçəyə yaxın bir yerdən bir-birinin ardınca keçən insanları görərkən bir daha anladım.
"Hüseyn!" bağıran və ürəklərinin üstünə çırpan bu adamlar mənim doğulduğum yerin sakinləridir, qan belə olmasa, torpaq, hava, su, od hər zaman birləşdirib bizi.
Nə fərqi, onlar da bunun fərqindədirlər, ya yox?!
Mən onları sevirəm!
Hər birisini!
Hamısını!
Və mən bu gecə bir həqiqəti də anladım.
Əgər bir gün bütün yer kürəsində Aşura gecəsi qeyd olunsa və mənim yaşadığım yerdə adamlar bu gecənin boyunca yollara düzümlənib "Hüseyn!" bağırmasalar, mən darıxacam, çox darıxacam buralarda...

Özüm heç vaxt, heç bir Aşurada yol gedib "Hüseyn!" bağırmadım.
Amma hər Aşurada izlədim bu adamları, hər Aşurada sevdim...
İndi, gecənin 12.50-də, mən bu sətirləri yazdığım anlarda da küçəmizdən dəstə-dəstə adamlar keçir Şeyx Zahid türbəsindəki ümumi Aşura mərasiminə.
Allah ziyarətlərini qəbul etsin!
Комментариев нет:
Отправить комментарий