07.12.2011

Azərbaycanda hansı məşhur xanım jurnalist imzası tanınır?

Qələm əhlindən maraqlı cavablar


Azərbaycan mətbuatında çalışan xanım jurnalistlərin həmişə özünəməxsus yeri və rolu olub. Zərif cinsdən olan qələm sahibləri arasında bir sıra tanınmış imza sahibləri var, tanınmayanlar isə lap çoxdur. Etiraf edək ki, jurnalistikamızda standart qanunlar çərçivəsindən kənara çıxanlar arasında da ("reket jurnalistlər") qadınlar az deyil.
Modern.az saytı hazırda mətbuatda sahəsində çalışan xanım jürnalistlərdən kimlərin daha çox tanındığını öyrənməyə çalışıb. Əməkdaşımız bəzi qələm sahiblərinə “Azərbaycanda hansı məşhur xanım jurnalist imzasını tanıyırsınız” sualı ilə müraciət edib. Cavablar maraqlıdır:



“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı sorğumuza cavab olaraq bildirib ki, xeyli qadın jurnalistlər arasından İlhamiyyə Rzanın, Aynur Elgünəşin, Dünya Sakitin, Fərəh Sabirqızının, Səadət Akifqızının, Həbibə Abdullanın, Sevinc Telmanqızının, Aytən Məmmədlinin, Kəbutərin, Arzu Abdullanın, Aynur İmanovanın, Xədicə İsmayılovanın, Ülkər İsmayılqıznın adlanırını çəkə bilər.
X.Kazımlı deyir ki, ayrı-ayrı vaxtlarda bu yazarların maraqlı yazılarını oxuyub.

“Var.az” saytının redaktoru Aynur Elgünəş isə Sevinc Telmanqızı, Xədicə İsmayılova, Alya, Fərəh Sabirqızı, Aytən Məmmədova, Durna Səfərovanın adlarını qeyd edib. Ancaq onu da bildirib ki, Azərbaycan mətbuatında tanınan qadın imzalarının sayı kifayət qədərdir. Yəni onun yadına düşməyənlər də var.
“Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlı sualımıza cavabında qeyd edib ki, mədəniyyət sahəsində Sevda Sultanovanı bəyənir. Onun sözlərinə görə, əvvəlllər yazılarını izlədiyi Afaq Vasiqqızı və Lalə Ədalətqızının imzalarını indi mətbuatda görə bilmir. Bundan əlavə, N.Cavadlı bildirib ki, siyasət sahəsində Xədicə İsmayılova, sosial sahədə Aynur Elgünəş, iqtisadiyyatda Vüsalə Rüstəmova, ictimai həyatda isə Gülnarə Rəfiqin adını çəkə bilər.  
Söz Azadlığı Müdafiə Fondurnun əməkdaşı, jurnalist Nəzirməmməd Quliyev bildirib ki, Azərbaycan mətbuatında bir sıra önəmli qadın imzaları var.
”Təəssüf ki, onlar tez-tez ailə-məişət qayğıları və ya digər səbəblərdən mətbuatda sanki yerdəyişmə qaydasında çalışırlar. Ancaq daimi çalışanlar da az deyil”-deyən N.Quliyev qeyd edib ki, özünü təsdiq edən qadın yazarların sırasında Günel Mövludun, Zümrüd Yağmurun, İradə Tuncayın, Flora Xəlilzadənin, Gültəkin Knyazqızının, Xəyalə Muradlınının adını çəkə bilər.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal bildirib ki, Vüsalə Mahirqızının, Günel Mövludun, Fərəh Sabirqızının, Ülkər İsmayılqızının, Xədicə İsmayılovanın, Lalə Mehralının, Aytən Məmmədovanın, Gültəkin Knyazqızının, Sevinc Telmanqızının yazılarını diqqətdə saxlayır. A.Camal eyni zamanda bildirib ki, mətbuatda çalışan xeyli qadın jurnalist peşəkarlığı ilə seçilir.
Jurnalist Çingiz Sultansoy sorğumuza belə cavab verib:
1. Xədicə İsmayılova- son illərin jurnalist araşdırmasına görə ən yaxşı jurnalist.
2. Fərəh Sabirqızı - reportyor və müsahibə janrında ən yaxşı jurnalist.
3. Sevinc Telmanqızı - ən yaxşı müsahibə alan jurnalist.
4. Şahnaz Bəylərqızı - “İşdən sonra” verilişinin aparıcısı.
5. Səadət Akifqızı - araşdırmacı jurnalist.
6. Ayşə Kərimova.
7. Sevinc Osmanqızı. 
Mətbuatda bəyəndiyi qadın jurnalistlərin olduğunu deyən “Kaspi” qəzetinin redaktoruİlham Quliyev bildirib ki, Sevinc Telmanqızı, Günay Musayeva, Təranə Məhərrəmova, Günel Mövlud, Aynur Elgünəş bu sıraya daxil olan jurnalistlərdəndir.
Onun sözlərinə görə, son zamanlar aktiv fəaliyyətdə olmayan jurnalist Fərəh Sabirqızı da mətbuatda öz imzası ilə tanınan xanım jurnalistlərdəndir.
“Olaylar” qəzetinin redaktoru Elman Cəfərli düşünür ki, Alya, Fatma Abbasquliyeva, Məhbubə Qasımbəyli, Könül Zərbəliyeva, Sevinc Telmanqızı, Gülcahan Mirməmməd, Kəmalə Quliyeva, Məlahət Rzayeva və Gültəkin Knyazqızı mətbuatda imzası ilə tanınan jurnalistlərdir.
“Kaspiy” qəzetinin baş redaktorun müavini Kənan Quluzadə bildirib ki, «Эхо» qəzetində çalışan Nurani, iqtisadi yazar Yelena Starostina, “1news.az”ın əməkdaşı Leyla Leysan, “Novosti.az”da çalışan Gülnarə Məmmədzadə, Vüsalə Mahirqızı, Xədicə İsmaylova və “Reuters”in əməkdaşı Lada Yevqraşinanı bəyənir.
K.Quluzadə onu da əlavə edib ki, mətbuatda xeyli sayda yaxşı qadın yazar var, ancaq indi onların hamısının adını xatırlamır.  
“525-ci qəzet”in hazırda Türkiyədə yaşayan əməkdaşı İlhamə Qasımlı bildirib ki, hazırda mətbuatda tanınmış qadın imzalarının sayı azdır.
“Amma bu sırada bir neçə nəfərin adını çəkə bilərəm. Məsələn, cəsarətli və professional araşdırmaları ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova, media problemləri mövzusunda Sevinc Telmanqızı. Vüsalə Mahirqızını isə bacarıqlı media rəhbəri kimi qəbul edirəm”.
İ.Qasımlının sözlərinə görə, onun təmsil olunduğu jurnalist nəslinin yetişdiyi dövrlər medianın ən canlı dövləri idi.
“Ancaq son illər media istər real təsir imkanları baxımından, istərsə də maddi baxımdan çox sönükdür”.
İ.Qasımlı düşünür ki, buna görə də jurnalistikada uğur qazanan imzalar müxtəlif məqsədlərlə uzaqlaşıb, dövlət, biznes və ya pedoqoji qurumlarda fəaliyyətlərini davam etdirirlər.  İ.Qasımlı hazırda Xədicə İsmayılovanın və Sevinc Telmanqızının hələ də enerji ilə çalışaraq fəaliyyətlərini davam etdirmələrini həsədlə izləyir. 
APA-nın baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə, imzasına hörmət etdiyi, tanıdığı xeyli sayda qadın jurnalist var.
“Jurnalsitlərlə çalışan bir müəssisə rəhbərinin belə suala cavab verməsi nə qədər doğrudur, bilmirəm. Mənim imzasına hörmət elədiyim xanim jurnalistlər var”.
V.Mahirqızı İradə Tuncayı, Mehriban Vəziri publisist kimi hər zaman oxuduğunu qeyd edib. APA-nın baş direkroru deyir ki, Günel Mövlud, Nərmin Hüseynzadə, Nərmin Kamal, Cavidan, Svetlana Quliyeva, Sevinc Pərvanə, Ramilə Qurbanlı V.Mahirqızının oxuduğu yazarlar sırasındadı. Jurnalsitlərdən Ülkər Rəşidqızı, Kəmalə Quliyeva, Lalə Yusifqızı, Xəyalə Muradova, Yeganə Rzaxanova, Sevil Zeynalqızı, Viktoriya Dementyeva, İlhamə İsabalayeva, Sevinc Telmanqızı, Arzu Şirinova da mətbuatda öz imzası ilə tanınan isimlərdəndir.
“Yazanda Ülkər İsmayilqızı və İlhamə Qasımlını da oxuyuram. Amma onlar məndən də tənbəldilər”.
Azərbaycan mətbuatinda çox sayda yaxşı yazan, peşekar xanim jurnalistlərin olduğunu deyən V.Mahirqızı bildirib ki, indi sadəcə yuxarıda sadaladığı adları xatırlayır.

“Əmlak bazarı” jurnalının baş redaktoru Pərviz Rəhimoğlu hesab edir ki, əsasən TV jurnalistləri tanınır. Sevil Nuriyeva, Qənirə Paşayevanı bəyəndiyini deyən P.Rəhimoğlu hesab edir ki, bu gün mətbuatda olan qadın baş redaktorlar jurnalistika bilicisi deyil. “Jurnalistika bilicisi kimi deyil, bacarıqlı adam kimi Xoşqədəm Hidayətqızı, Vüsalə Mahirqızını bəyənirəm”.

modern.az

Комментариев нет:

Отправить комментарий