Əhməd Cəmil
Bütün nağıllarda, əfsanələrdə
Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
Bütün mahnılarda, xoş nəğmələrdə
Dinən bir könüldür, susan min haray.
Bütün ulduzların parıltısında
Əlçatmaz bir eşqin şikayəti var.
Bütün bulaqların şırıltısında
Ötən bir sevdanın hekayəti var.
Dünyanın əzəli yaraşığında
Dünyadan əzizmiş ilk sevgi andı.
Bütün gecələrin ay işığında
Sevənlər özünü bəxtiyar sandı.
Daim bir qız qaçar, bir oğlan qovar.
Bütün meşələrin uğultusunda
Nigaran bir ana qəlbi ufuldar.
Bütün mahnılarda, xoş nəğmələrdə
Dinən bir könüldür, susan min haray...
Bütün nağıllarda, əfsanlərdə
Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
Комментариев нет:
Отправить комментарий