12.12.2011

BUXARESTDƏ MKİ-nin GİZLİ HƏBSXANASI VAR

Bu cür həbsxanaların Tayland, Litva, Polşa və digər ölkələrdə də olduğu bildirilir



Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə il Rumıniyanın paytaxtı Buxarest şəhərində rəsmi dövlət binasını xüsusi təhlükəli məhkumlar üçün həbsxana kimi istifadə edib. FaktXeber.com-un məlumatına görə, bu barədə Associated Press xəbər verib.

Agentliyin məlumatına görə, MKİ-nin gizli həbsxanası "Parlaq işıq" (Bright Light) kod adı ilə paytaxtın şimalında fəaliyyət göstərib. Məhz burada rəsmi olaraq NATO və Avropa Birliyinin gizli məlumatları saxlanan Dövlət Sirrinin Milli Qeydiyyat Bürosu (National Registry Office for Classified Information) yerləşir. Bu büroda 11 sentyabr 2011-ci ildə Nyu Yorkda terror aktı törətməkdə ittiham olunan Xalid Şeyx Məhəmməd saxlanılıb. Daha sonra onlar Amerikanın Quantanamo bazasına göndərilib.


MKİ-nin Rumıniyada yerləşən gizli həbsxanası barədə əvvəllər də məlumat verilmişdi, ancaq onun dəqiq yeri bilinmirdi. Bundan əlavə ABŞ kəşfiyyat idarəsinin Taylandda, Litvada, Polşada və digər ölkələrdə də həbsxanalarının olduğu qeyd edilirdi. Hüquq müdafiəçilərinə görə, məhz bu həbsxanalarda terrorda şübhəli bilinənlərə işgəncələr verilir.

Cavad Turan             faktxeber.com

Комментариев нет:

Отправить комментарий