ABŞ-ın Alyaskada atmosfer araşdırması üçün yaratdığı HAARP adlı baza üçün ortaya atılan "zəlzələ yaradır" iddiası yenə gündəmə gəlib.
7.2 bal gücündəki Van zəlzələsindən sonra "sui-qəsd nəzəriyyələri" bir daha gündəmə gəlib.
FaktXeber.com-un verdiyi məlumata görə, iddiaların əsasını Alyaska ştatındakı ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Donanması, Alyaska Universiteti və ABŞ Müdafiə Sistemləri Hazırlama Agentliyi (DARPA) tərəfindən maliyyələşdirilən Yüksək Tezlikli Aktiv Auroral Araşdırma Proqramı - High Frequency Active Auroral Research Program (HAARP) bazası təşkil edir.
1993-cü ildə yaradılan HAARP, yüksək tezlikli enerji ixracı ilə atmosferin ionosfer qatındakı dəyişiklikləri müşahidə edir. Həyata keçirdiyi təcrübələrin təbiətə verdiyi zərərləri də müşahidə edən HAARP, rəsmi olaraq radar sistemlərini və rabitəni inkişaf etdirmək, neft və təbii qaz yataqlarını aşkarlamaq və baş verə biləcək hava hücumlarını havada məhv etmək üçün yollar axtarır.7.2 bal gücündəki Van zəlzələsindən sonra "sui-qəsd nəzəriyyələri" bir daha gündəmə gəlib.
FaktXeber.com-un verdiyi məlumata görə, iddiaların əsasını Alyaska ştatındakı ABŞ Hərbi Hava Qüvvələri, ABŞ Donanması, Alyaska Universiteti və ABŞ Müdafiə Sistemləri Hazırlama Agentliyi (DARPA) tərəfindən maliyyələşdirilən Yüksək Tezlikli Aktiv Auroral Araşdırma Proqramı - High Frequency Active Auroral Research Program (HAARP) bazası təşkil edir.
Qeyri-rəsmi qaynaqlar isə HAARP-ın zəlzələ yarada bildiyi və bunun üçün ozon təbəqəsindən istifadə etdiyi iddiaları var.
NASA-nın Müasir Kosmos Texnikaları İdarəsinin rəhbəri Minoru Freundin BBC-yə verdiyi açıqlamasında, "zəlzələlərlə atmosfer dəyişiklikləri arasında çox yaxın əlaqə qura bilərik", - deyə bildirib.
ABŞın məşhur Stanford Universiteti də "zəlzələ mütəxəssisləri, elektromaqnetik dalğaları əks etdirəcək miqdarda ionların olduğu ionosferdəki tezlikləri araşdırmalıdır", - deyərək, zəlzələlərlə enerji dəyişikləri arasındakı əlaqənin olduğu fikrini ortaya atıb.
HAARP barədə məlumatlar əvvəllər də müzakirələrə səbəb olmuşdu. 11 martda Yaponiyada baş verən 9 ballıq zəlzələdən bir neçə saat əvvəl HAARP-ın tezlik ölçmə sistemində 2.5 Hz-lik dəyişiklik baş veribmiş. 12 yanvar 2010-cu ildə isə Haitidəki 7 ballıq zəlzələdən əvvəl HAARP-ın tezlikləri qeydə alan sistemində təxminən 2 Hz-lik dəyişiklik baş vermişdi.
Vanda baş verən zəlzələ üçün eyni məlumatlara baxdıqda ortaya 21 oktyabr, saat 08.00-da başlayan bir dəyişiklik müşahidə olunub və dalğa təxminən 1.8 Hz gücündə olub.
ABŞ-ın məşhur təhsil müəssisələrindən olan Massaçuset Texnologiya Universitetinə görə, ionosferə göndərilən dalğalar qızışmaya səbəb olur və fay xəttindən radioaktiv radon qazının çıxmasını təmin edərək zəlzələ yaradır.
Cavad Turan faktxeber.com
Комментариев нет:
Отправить комментарий