14.12.2011

2 dodaqdəyməz təcnis

Maraqli giflerBəxtiyar Hidayət

1.
İgid ad çıxardar, tarix ad yazar
Igidə nə qaldı ada da qaldı
Yadda qalanların adı yaşadı
Həyatda nə qədər ad ada qaldı

Çiy çiydi, di gəl ki çiyin çiyi nə?
Qarışdı ey cahan, çiyin çiyinə
Neçəsi tarıxdə çiyin-çiyinə,
Yanaşı, əl-ələ, ad-ada qaldı

Elin hər yerini yada sal indi
Maraqli giflerYa tək-tək alındı, ya dəs alındı
Gətirin ya qayıq, ya da sal indi
Yaralı tək-tənha adada qaldı

2.
Eldə igid azsa , əsir alanda
Yağılar qız, gəlin, ağsaqqal alar
Yağıya qalacaq, yada qalacaq
Yad elə axışsaq, axsaq qalalar.

İşi qırğılıqdı qırğının ancaq
Sərçənin adıdı qırxının ancaq
Qardaş arasında qırğının ancaq
Alsa qarşısını ağsaqqal alar

Zəncirdə saxladı iti, gedənlər
Dağları, daşları itik edənlər
Elini ataraq iti gedənlər
Yaralı, şil, şikəst, axsaq qalalar

Комментариев нет:

Отправить комментарий