"Müstəntiqdən soruşanda ki, uşağımı niyə bu vəziyyət salmısız, cavabında dedilər, bir-iki dənə şillə vurmuşuq ağıllansın"
RATİ-də bir neçə ay bundan əvvəl Naxçıvan MTN-nində öldürülmüş Turac Zeynalovun yaxınları hadisə ilə bağlı şok faktları açıqlayıblar. FaktXeber.com-un verdiyi məlumata görə, tədbirdə ölkənin tanınmış hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri iştirak edirdilər.
Sonra MTN əməkdaşları evimizi yoxlamaq üçün bizə gəldilər. Hadisədən bir neçə gün keçəndən sonra ayın 28-i oğlumun ölüm xəbəri gəldi. Bizim xəbərimiz olmadan meyiti tibbi-ekspertizaya apararaq yarıblar.
MTN-dən oğlanlarımı və yaxınlarımızı hədələyiblər ki, əgər bir yerə şikayət eləsəz, yaxınlarınız barədə tədbirlər görəcəyik. Sonra məni və gəlinimi prokurorluğa apararaq bizə yalan vədlər verib, yalan izahat yazdırdılar ki, oğlum Turac guya onkoloji xəstəlikdən dünyasını dəyişib. Müstəntiqlərdən biri mənə dedi ki, əgər izahat yazsan, oğlunun üzərində olan vətən xaini adını götürəcəm. Mən də müstəntiqlərin yalançı vədlərinə aldanaraq izahata imza atdım. Lakin sonrada vətən xaini adını götürməyiblər.”
Sonra hadisə barəsində məlumat verən mərhumun həyat yoldaşı Gülnar Ağayeva MTN əməkdaşları tərəfindən yaxınlarına qarşı hədə-qorxu gəlindiyini bildirdi: “MTN-dən mənə dedilər ki, əgər sakit durmasaz, uşağını “KAMAZ” la əzib öldürəcəyik, qardaşlarının cibinə narkotik ataraq həbsə atacağıq.”
Hazırda Turacın qatillərinin tapılması və istintaqın yenidən aparılması üçün ailəliklə Bakıya gəldiklərini qeyd edən Gülnar Ağayeva, bununla əlaqədar vəkil Əsabəli Mustafayevi vəkil tutduqlarını bildirdilər: “Artıq bilmirik dərdimizi kimə söyləyək. İndidən açıq elan eləyərik ki, hüquq-mühafizə orqanları tərəfindən ailəmizə qarşı təhlükə mövcuddur. Hər hansı bir hadisə baş verəcəyi halda, onun məsuliyyətini hüquq-mühafizə orqanları daşıyacaq. Buradan aidiyyəti orqanlara müraciət edirik ki, bu məsələ ilə bağlı hər hansı bir tədbir görsünlər.”
Qeyd edək ki, avqust ayının 28-i Naxçıvan Muxtar Respublikasının MTN-nində öldürülən Turac Zeynalov, Yeni Azərbaycan Partiyasının üzvü olub və hərbi xidməti fəxri fərmanla başa vurub. Beş yaşlı övladı qalıb.
Xəyal Şükür http://faktxeber.com/
Комментариев нет:
Отправить комментарий