12.12.2011

Gənc yazar Əfsanə Laçının şeirlər kitabının təqdimat mərasimi oldu


Müxtəlif portallardan, qəzet və jurnallardan daha çox uşaq hekayə yazarı kimi tanınan istedadlı gənc yazar Əfsanə Laçının “Bir damla ürək” adlı ilk şeir kitabı “Ali və Nino” kitab mağazasında baş tutdu.Kitabın redaktoru şair, Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyat Təbliğat bürosunun direktoru Nazim Əhmədli idi. Elə Nazim Əhmədlinin də idarə etdiyi görüşdə Qəşəm Nəcəfzadə, Dayandur Sevgin, gənc yazar Nuranə Nur, Sara Dəmirova, digər gənc qələm dostları da iştirak edir, kitabla bağlı təbriklərini çatdırır, fikirlərini bildirir, həmçinin şeirlərini oxuyurdular. Kitabın təqdimatına gələnlər arasında müəllifin iş yoldaşları, dostları və yaxınları da vardı.



Onu da qeyd edək ki, ad günü ilə üst-üstə düşən təqdimat mərasimi gənc yazar üçün iki qat sevinc idi. İki saata yaxın davam edən görüşün sonunda yazar Əfsanə Laçın çıxış edərək gələnlərə təşəkkürünü bildirdi.

Комментариев нет:

Отправить комментарий