Turac Zeynalovun doğmaları onun dəhşətli işgəncələrdən öldüyünü sübut etdi
Bu ilin avqustunda Naxçıvan Muxtar Respublikası MTN-in İstintaq Təcridxanasında vəfat etmiş Turac Zeynalovun doğmaları onun işgəncələr nəticəsində öldüyü qənaətindədirlər və obyektiv araşdırma aparılmasında, təqsirkarların cəzalandırılmasında israr edirlər. Onlar həmçinin Azərbaycan hakimiyyətindən təhlükəsizliklərinin təmin edilməsini xahiş edirlər, belə ki, MTN işçiləri şikayətlərini geri almaları tələbi ilə onlara təzyiq göstərirlər.
Ş.Zeynalov qeyd edib ki, oğlu Turac Naxçıvan aeroportunda sürücü işləyirdi. Avqustun 24-də onu saxlayaraq, MR MTN-ə aparıblar. Növbəti gün doğmalarını MTN-ə çağırıblar və Turacın dövlətə xəyanətdə ittiham olunduğunu deyiblər. Onlara Turacı günahını boynuna almağa və ifadə etməyə razılaşdırmaq təklif olunub. T.Zeynalovun atasına və həyat yoldaşına onunla bir neçə dəqiqəlik görüş veriblər.
Həyat yoldaşının sözlərinə görə, Turac hər hansı sənədi imzalamaqdan imtina edərək, heç bir təqsiri olmadığını deyib. “Açıq-aşkar görünürdü ki, Turacı döyürdülər. O, hərəkət edə bilmirdi. Başında yaralar var idi. Müstəntiqdən Turacın bu vəziyyətdə olmasının səbəbini soruşduqda o dedi ki, “onu tərbiyə etmək məqsədilə iki şillə vurublar”. “Amma şillədən insan hərəkət etmək qabiliyyətini itirə bilməz”, deyə Ağayeva bildirib.
Avqustun 28-də məlum olub ki, Turac ölüb. Ş.Zeynalovun sözlərinə görə, yalnız yerli jurnalistlərin və hüquq müdafiəçilərinin səyləri sayəsində oğlunun cəsədini MTN-dən almağa müvəffəq olub. Verilmiş rəyə əsasən, T.Zeynalov “ağ ciyər arteriyalarının trombundan” dünyasını dəyişib.
Lakin jurnalistlərə mərhumun cəsədinin videokadrları nümayiş olunub. Bu görüntülərə baxarkən sarsılmamaq mümkün deyil. Mərhumun cəsədində zorakılıq izləri açıq-aşkar görünür. Boynunun ətrafında ip izləri görünür. Doğmaları hesab edir ki, Turacın başına sellofan torba keçirib boynunda bağlayaraq işgəncə verirdilər.
Bundan başqa, mərhumun bütün cəsədi qançır-qançır idi. Bədəninin müxtəlif hissələrində səthi dəliklər – elektrik cərəyanı ilə işgəncənin izləri var.
T.Zeynalovun ölümündən dərhal sonra doğmalarına təzyiqlər başlayıb. Atasını və həyat yoldaşını narazılıqlarının olmadığı və guya T.Zeynalovun onkoloji xəstəliyi olduğu barədə sənədlər imzalamağa məcbur ediblər.
Doğmalarına həmçinin sentyabrda Naxçıvana gələn hüquq müdafiəçiləri ilə görüşdən imtina etmələri üçün təzyiq göstərilib. Lakin bir müddət sonra özlərinə gələn qohumlar ədalətə nail olmağa başlayıblar.
Buna cavab olaraq Turac Zeynalovun qardaşlarını həbs etmək, 6 yaşlı oğluna təzyiq göstərmək, digər qohumlarını işdən qovmaqla hədələyirlər.
Doğmaları bildiriblər ki, T.Zeynalovun MR MTN-in rəsmi məlumatında deyildiyi kimi onkoloji xəstəliyi olmayıb. Bundan başqa, ölümündən bir ay əvvəl o, tibbi müayinədən keçib və onun heç bir problemi yox idi.
Mərhumun atası və həyat yoldaşı prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya ailənin təhlükəsizliyini təmin etmək və T.Zeynalovun ölümündə təqsirli olanları cəzalandırmaq çağırışı ilə müraciət ediblər.
Ailənin hüquqlarını vəkil Əsabəli Mustafayev müdafiə edəcək. Ailə mərhumun cəsədinin müstəqil tibbi ekspertizasının keçirilməsini tələb edir.
T.Zeynalovanın atası və həyat yoldaşı həmçinin Naxçıvan jurnalistlərinin və hüquq müdafiəçilərinin təhlükəsizliyini təmin etməyə çağırıblar. Onların sayəsində MTN bu işi ört-basdır edə bilməyib.
Xatırladaq ki, T.Zeynalovla birlikdə aeroportun daha 4 sürücüsü həbs edilmişdi. Onların hamısı İranın xeyrinə casusluq etməkdə ittiham olunurdular. Sonradan 3 nəfər azad edilib, bir nəfər isə 10 il müddətinə azadlıqdan məhrum edilib (“Turan”).

Комментариев нет:
Отправить комментарий