12.12.2011

Məhsəti Gəncəvinin sevgililəri

Papaqçı, torpaqələyən, dərzi 

Dün kaşı kuzəmi daşlara çaxdım,
Sərxoşdum bilmədim əlimdən saldım
Kuzə dilə gəlib dedi ki,mən də
Sənin kimi idim,bu günə qaldım.
Bənzər, dərzi oğlu, uzun qəmərə,
Sənə yüz Məhsəti dönər çakərə.
Əlindəki saptək yolum düşə kaş
Şəkər dodağına gündə min kərə.
Yun əyirən oğlan mənim canımdır,
Onun zənəxdanı bir zindanımdır.
Onun dodağından busə ver, Allah,
Çünki o dodaqlar can dərmanımdır.
Torpaq ələyənin mən aşiqiyəm,
Dilim gəlmir açıb sirrimi deyəm.
O, torpaq ələyib qızıl axtarır
Mən əlimdə qızıl onu gəzirəm.
Papaqçı sevgilim şövq ilə bayaq
Tikirdi əlində atlazdan papaq.

Hər papağa yüz-yüz afərin dedim,
Dördünə biri də bəs idi ancaq...

Комментариев нет:

Отправить комментарий