07.12.2011

Qənirə Paşayeva birinci oldu


"Onun sevgi məktubları" böyük marağa səbəb olub

“Əli və Nino” kitab mağazaları şəbəkəsi noyabr ayında çox satılan kitabların 10-luğunu açıqlayıb.

Onluğa millət vəkili Qənirə Paşayevanın yenicə çapdan çıxan “Sevgi məktubları” kitabı başçılıq edir.

İkinci yerdə əfqan yazıçısının bestseller romanı “Çərpələng uçuran”dır.

İlk üçlüyü bir qrup gəncin hazırlayıb nəşr etdirdiyi və qısa zamanda az qala bütün tirajı satılan “Fikir sexi” kitabı qapayır.

1. Qənirə Paşayeva, “Onun sevgi məktubları”

2. Xalid Hüseyni, “Çərpələng uçuran”

3. "Fikir sexi"

4. Q.Q.Markes, “100 ilin tənhalığı”

5. Qurban Səid, “Əli və Nino”

6. Frederik Beqbeder, “Məhəbbət üç il yaşayır”

7. Qan Turalı, “Mustafa”

8. Qismət, “Meqapolis hüznləri”

9. Pauli Koelyo, “On bir dəqiqə”

10. Den Braun, “Da Vinci şifrəsi”

Комментариев нет:

Отправить комментарий