Əyyub Qiyas
Elə oldu ki, minilliyin dəyişməsini həbsxanada, KARSda qarşıladım. Vaxt getmirdi, zaman dayanmışdı. KARS- türmə içində türmədir. Həbsxanada başının üstündə buludlar var, gəzə bilirsən, telefonla danışa bilirsən, KARS-da isə həyat donur. Vaxtı öldürmək üçün domino oynayardıq- telefon. 365-dən? Yox! 555-dən də yox... 5555-dən oynayardıq. Yarım dəftəri tutardı xalları yazmağımız. Bir də toz basmış kitablar, qəzetlər. Hə, Karsa nədən salmışdılar məni? Boş dayanmayıb bir feleyton yazmışdım.
Yazmışdım ki, "Pələng dərisini soyunmuş qəhrəman"lar dustaqdan aldıqları pulla arvadlarına tuman alırlar və dustaq yanında hələ özlərini kişi kimi aparmaqdan utanmırlar da. Nə isə... Çiləmək sözü var e dilimizdə. Bax məni də elə çilədilər. 8 nəfər mənnən əməllicə "zarafat" elədi. 2 gün huşsuz qaldım. Düz yazmamışdım, onlar pələng dərisini soyunmamışdılar sən demə. Sadəcə çaqqal-çuqqal pələng dərisində gəzirmiş...
Sonra da KARS. düz 57 gün. Hə, toz basmış kitabdan, qəzetdən danışırdım axı. Bax o tox basmış qəzetlərin içindən əlimə toz basmış "168 saat" keçdi. İçində də Sabir Yusifoğlunun "Mənə bir məktub göndər" şeiri. O vaxtlar bir-iki dostum prezident təqaüdü alırdı, mənə nə məktub, nə quruca bir salam da göndərmirdilər. Nə isə... Sabirin o şeiri ilə bağlı xoş xatirələr vardı içimdə. Kövrəldim... Və bu şeiri yazdım. Hansı ki, bu gün Kənan Hacı xatırlatdı məni unutduğum həmin şeiri.
İstəsəz siz də oxuyun, şedevr deyil yox, sadəcə səmimi şeirdi...
"Mənə bir məktub göndər,
Bilim ki, ölməmişəm".
Bilim ki, xatirəndə
Hələ məınim yerim var.
İnam, ümid qalmayıb
Şirin sözə, gülüşə...
Yenə də ürəyimi
Sıxır mənim dörd divar.
Mənə bir məktub göndər,
İçinə bir kəlmə yaz.
Qoy ötüşən günlərin,
Qızınım istisinə.
Başın qarışıqdısa,
Heç yanıma gəlmə, yaz...
Mənə yaz xoş sözləri,
Lap göndər özgəsinə.
Nə vaxtdır ki, əllərim
Dost əlini sıxmayır.
Bu dünyanın kədəri,
Qəmi imiş yoldaşım.
O günlər yuxu kimi...
Yaddaşımdan çıxmayır.
Ürək məzarlıq imiş,
Xatirələr baş daşı!
Nə bilim nə olacaq,
Bu dünyanın üzü boz.
Mən bunu yazıram ki,
Qayıdasan keçmişə.
Unutqanlıq pis işdir,
Otur mənə məktub yaz...
Yaz ki, mən də inanım,
Bilim ki, ölməmişəm...
02.01.2001. Binə. 2 saylı zindan

Комментариев нет:
Отправить комментарий