26.03.2012

Zalım - HEKAYƏ

гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),спорт,бейсбол
Akif Abbasovun tərcümələri

M.de-Mile,
Amerika
                                                  
Varlı təbəqədən olan amerikalı Cədson Vebbin Nyu-Yorkda rahat mənzili vardı. Lakin həmişə istilər düşər-düşməz o, tozlu şəhəri tərk edər, yayı keçirmək üçün kəndə gedərdi. Orada Vebbin üç otaqdan, duşxana və mətbəxdən ibarət koması vardı. Otaqların birində iri seyf qoyulmuşdu. Burada o, tüfəngini, tilovunu, şərab və başqa şeylər saxlayardı.
Cədson  seyfi özünün şəxsi malı sayır, onun açarına toxunmağına arvadına belə icazə vermirdi. Birisi təsadüfən seyfə yaxın getsəydi, bərk acıqlanar, həmin adamı cəzalandırardı.


Adi payız günlərinin birində Cədson Nyu-Yorka qayıtmağa hazırlaşırdı. Birdən onun gözləri üzərinə viski şüşələri düzülmüş rəfə sataşdı və dərhal sifəti acıqlı ifadə aldı. Göz bəbəkləri genişləndi.
Butulkaların hamısı ağzına kimi dolu idi. Birindən başqa. Cədson şüşəni götürdü. Bu zaman yan otaqdan arvadı Helenin səsi eşidildi:
-Hər şeyi yığışdırdım. Alek gəldi?
Alek yaxınlıqda yaşayırdı. Burada gözətçi idi.
-Alek kənddədir. Qayığı sudan çıxarır. Dedi ki, yarım saatdan sonra gələcək.
Helen çamadanla otağa daxil oldu. Ərinin əlində şərab şüşəsini görüb ayaq saxladı. Təəccüblə ona baxdı.
-Yoxsa səhərin gözü açılmamış içmək istəyirsan?
- Xeyr, əzizim. Şüşədəki şərabdan  içmək fikrim yoxdur. Əksinə, onun içərisinə bir şey atmaq istəyirəm.
Cədson cibindən iki kiçik ağ həb çıxarıb stolun üstünə qoydu. Sonra butulkanın ağzını açdı:
-Bu gün biz kəndi tərk edəcəyik. Nə qədər ki, burada yoxuq... O, ani sükutdan sonra sözünə davam etdi. –Mənim  seyfimə tonunan və viskini oğurlayan adam yenidən bunu təkrar etməyə çalışacaq. Ancaq bu dəfə tutduğu işə görə peşman olacaq.
Sonra Cədson həbləri bir-birinin ardınca şüşənin içərisinə atdı. Dəhşət içərisində ərinə baxan Helen nəhayət soruşdu:
-Bəs həblər? Həmin adamı xəstələndirəcək?
гиф анимация,гифки - ПРИКОЛЬНЫЕ анимированные gif (гиф анимация, анимашки),дрифт,авто приколы,авто,авто приколыCədson özündən razı halda cavab verdi:
-Xəstələndirmək nədir?! Həblər onun canını alacaq!
Cədson şüşənin ağzını qapadı və onu yenidən rəfə - viski qədəhinin yanına qoydu. Helenin sifəti bozarmışdı. Qorxudan titrəyirdi:
-Belə etmə, Cədson, - deyə qışqırdı. –Çox təhlükəli oyun oynayırsan. Bu, qətldir.
-Evimə soxulmuş oğrunu güllə ilə vursam belə, qanun bunu qətl saymaz.
Helen yalvarmağa, inildəməyə başladı:
-Sən gəl, belə iş tutma! Axı qanun hansı oğrunu olümə məhkum edir?
-Mən şəxsi mülkiyyətimi qoruyarkən öz xüsusi qanunlarıma əməl edirəm.
İndi Cədson ağzındakı sümüyü əlindən verməyə qorxan iri itə bənzəyirdi.
Helen:
-Mənə elə gəlir ki, - deyə üzgün halda dilləndi. –Bu sadəcə içkiyə maraq göztərən uşaqlardan birisinin işidir. Onlardan sənə xətər toxunmaz.
-Bir nəfər məndən beş dollar çırpışdırırsa, bu mənin nəzərimdə yüz dollara bərabərdir. Oğru oğru olaraq qalır.
Qadın yenə cəhd etdi:
-Gələn yaza kimi burada olmayacağıq. Bu müddət ərzində zəhər viski şüşəsində qalsa, hər gün narahat olacaq, dinclik tapmayacağam.
Cədson arvadının sözlərinə güldü. Helen başa düşdü ki,  ərilə mübahisə yersizdir. O, həmişə bu kimi hallarda qəddar olur. Qadın dərdli halda qapıya sarı getdi:
-Gedin qonşularla xudahafizləşim, - dedi. Əslində gözətçinin arvadını məsələdən xəbərdar etmək  fikrində idi. Ərinin planından heç olmasa bir nəfər xəbər tutsaydı, yaxşı olardı.
Cədson gülümsədi:
-Çox gözəl, əzizim.
Helen getdi. Cədson şkafın qapısını bağlamağa başladı. Birdən yadına düşdü ki, ov çəkmələrini özü ilə götürməyi unudub. Qurutmaq üçün onları bağçadakı iri stolun üstünə qoymuşdu. Cədson qapını açıb çəkmələri gətirməyə getdi, lakin onlara çatmağa az qalmış ayağı sürüşdü və daşın üstünə yıxıldı. Yıxılarkən başı böyük stolun tininə dəydi və o, huşunu itirib yerə sərildi. Çox çəkmədi ki, Cədson bədənindən yapışıb onu yuxarı qaldıran qolların gücünü hiss etdi. Alek deyirdi:
-Narahat olmayın, cənab Vebb, sizə heç nə olmayıb. Bunu için, özünüzü yaxşı hiss edərsiniz.
O, kiçik vicki qədəhi Cədsonun dodaqlarına yaxınlaşdırdı. Cədson yarı huşsuz vəziyyətdə viskini içdi.

                     ingilis dilindən tərcümə etdi:
                            Akif Abbasov,
              pedaqoji elmlər doktoru, professor,
Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
            Azərbaycan Yazıçılar Birliyinin üzvü
prof.akif@mail.ru

Комментариев нет:

Отправить комментарий