26.03.2012

"Tel Əvivi üç gün içində yerlə yeksan edəcəyik”


İranda nüvə obyektini qorumaq üçün insan zənciri yaradıldı 


Yüzlərlə iranlı tələbə ölkənin nüvə obyektlərindən biri ətrafında insan zənciri yaradıb və onlar İsraildən gələn hər bir hücuma kəskin cavab verəcəklərinə and içiblər. “Əl Ərəbiyə”nin verdiyi xəbərə görə, nümayişçilər aksiya zamanı “İsrailə ölüm”, “Amerikaya ölüm”  şuarları səsləndirib.
“Biz and içirik və lovğa dünya liderlərinə bəyan edirik ki, İrana bir dənə də olsa güllə atılsa, Tel Əvivi üç gün içində yerlə yeksan edəcəyik” – tələbələrdən biri nümayiş zamanı bildirib.




ann.az

Комментариев нет:

Отправить комментарий