28.03.2012

Qubanın sabiq icra başçısının çıxışı kimə ünvanlanıbmış?


Quba hadisələri ilə bağlı adamları maraqlandıran həm də odur ki, sabiq icra başçısının narazılıqlara səbəb olan çıxışı kimə ünvanlanıb? 2011-ci ilin noyabrında keçirilən həmin müşavirədə iştirak edən, amma adının çəkilməsini istəməyən rayon sakininin dediyinə görə, Rauf Həbibovun çıxışı dini təriqətlərə qoşulan adamlarla bağlı olub: 
«Saat yarımdan çox davam edən müşavirədə iki məsələ müzakirə olunub - regionda dini vəziyyət və əhalinin sosial vəziyyəti. Dini məsələdən söhbət düşəndə, sabiq icra başçısı Rauf Həbibov onu çatdırmaq istəyirdi ki, 30-40 manat bazarlığa görə radikal dini təriqətlərin tərəfinə keçənlər var. O deyirdi ki, Quba həmin dini missionerlər üçün yağlı tikədir. Bəzi adamlar dinini, torpağını, ailəsini 30-40 manat bazarlığa görə satırlar».
Həmsöhbətim deyir ki, həmin müşavirədə iştirak edən 150-yə yaxın adamdan heç kim icra başçısının bu çıxışına etiraz etməyib.


azadliq.org

Комментариев нет:

Отправить комментарий