30.03.2012

Baytar generalları


General-leytenant Tağı Əhmədov ingilislərə Azərbaycan dilini öyrədəcək


Keçək məzəli əhvalata, general Tağı Əhmədovun ingilislərə Azərbaycan dilini öyrətmək cəhdlərinə. 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olan general Tağı Əhmədov bu yaxınlarda İngiltərəyə səfərdən qayıdarkən modern.az saytına bu bəyanatı verib: “Bu yaxınlarda İngiltərəyə getmişdim, orada çox istədim ki, kim isə Azərbaycan dilində bir söz desin. Ancaq hamı ingilis dilində danışdı. Mənə Azərbaycan dilində bircə kəlmə də söz demədilər.”
General Tağı Əhmədov haqlıdır! Niyə Azərbaycan dilini öyrənmirsiniz, ay nankor ingilislər? Gözləyirsiniz ki, Tağı Əhmədov gəlib sizə Azərbaycan dilini öyrətsin? Gəlməyəcək, “Eurovision” mahnı müsabiqəsinə gələn ingilisləri Azərbaycan dilində danışmağa məcbur edəcək.


Mirzə Xəzər

Комментариев нет:

Отправить комментарий