28.03.2012

Televiziya kanalları haqqında


Vasif Əlihüseyn

Bu il tarixi bir daha varaqladıq. Xocalını xatırladıq. “Xocalı 22-il”. Sevindirici haldır ki, o biri illərə nisbətən  “Xocalı şəhidlərini” daha gurultulu yadd etdik. Bu mərasimdə qardaş ölkə Türkiyə də yanımızda oldu. Digər ölkələr də yaşayan soydaşlarımız da ermənilərin iç üzünü bir daha ictimaiyyətə çatdırdılar.  Amma çox keçmədi efirlərimizdə yenə aləm bir-birinə qarışdı. 

Yetmiş yaşlı nənənin ər deyib dad deməsi, “Qlavıraça” oxşayan aşbazın tavada cız-bızı, şişman aparıcının ağzının suyunu axıtması və s. Çox təəsüf edirəm müharibə şəraitində yaşayan bir ölkənin efirində “Vətənpərvərlik” verilişindən çox, bayağı verlişlər yer almaqdadı.  Bu haqq da neçə dəfə xəbərdarlıq edilsə də, demək olar ki, ciddi bir tədbir görülmür.  Amma onları da qınamalı deyil, biz də millətin başını qatan şeylərə daha çox üstünlük verilir. Bu verlişi hazırlayanlar da uduzmayıblar çünki, evlənmək konusu əsrlər boyu qiybət mövzusu olub. Bu yaxınlar da rayona getmişdim. İnanırsınız, kəndin işsiz kişilərindən tutmuş, evdar qadınlarına kimi, hammı bu bayağı verlişlərin virusuna yoluxub. Başları elə qarışıb ki, çətin bu yuxudan oyanalar. Təbii ki, sabah ki, gün biz torpaqlarımızın müdafiəsinə qalxanda, biz də yaxşı yemək bişirmək qabiliyyəti yox, və ya yaxşı evlənmək konusu yox, vətənpərvərlik ruhu olmalıdı. Bunun üçün də  efirlərimiz də evlənmək verlişləri yox, “Vətənpərvərlik” verlişləri daha çox yer almalıdı.  Danışan da deyirlər ki; Biz harda tanış olaq? Harda evlənək?  Əzizim bu qədər camaat necə evlənir?. Özü də elə məşhurlaşıblar ki, bu evlilik namizədləri.  Bu verlişdən çıxırlar, digərlərinə də dəvət alırlar. Hələ oturub orda camaata yol göstərirlər. Elə bil elmlər namizədidirlər.   İkinci bir problem. Bayağı meyxanalar. Mətnin mövzusu başdan ayağa adamı uçuruma sürükləyir. Balaxanıdan bir iş yoldaşım var. Bu mahnılara qulaq asan ən güclü azarkeşdi deyərdim. İşdə oturub telefonda meyxanaya qulaq asır. Deyirəm ki”- Əzizim qulaqcıqla qulaq as, başqalarına pis təsir edir. Deyir ki: - Bunu Balaxanıda desən səni öldürərlər. Baxırsan ki, hələ on yeddi yaşı var. Uşaqdı neyləsin, gözünü açıb belə görüb. Bizim elə “Vətənpərvərlik” duyğumuzun kökünə orduda da balta çalınır. Bir vaxtlar orta məktəbdə ki, hərbi dərslərində əsgər formasını əynindən çıxarmayan məktəb şagirdinin indi, həqiqi hərbi xitmətdə olduğu zaman nələr olmur ki... Valideyni ilə görüşdən və ya məzuniyyətdən qayıdan əsgərin, bəzi zabitlərin “Kent 8” kimi və ya digər arzularını yerinə yetirməməsi, həmin əsgəri vətən haqqında düşünməyə yox, evə getməyə  vadar edir. Sonda arzu edərdim ki, bütöv görmək istədiyimiz Azərbaycanımızın efirini də, bütöv ciddi verlişlərlə görək.    

vasif_c85@mail.ru

Комментариев нет:

Отправить комментарий