Azərbaycan İranla sərhəddə ən müasir İsrail radarlarını yerləşdirəcək?
İsraildən alınan silah sistemləri Ermənistanla yox, İranla sərhəddə yerləşdiriləcək
Bu yaxınlarda İsrail il Azərbaycan arasında 4 il ərzində 1,6 milyard dollar dəyərində silah təchizatını nəzərdə tutan hərbi müqavilənin imzalandığına dair mətbuatda geniş məlumat dərc edilmişdir. Bu məlumatlara əsasən, İsrail Azərbaycana çox sayda müxtəlif növ raketlər, raket əleyhinə müdafiə sistemləri, habelə pilotsuz təyyarələr satacaqdır.
“Mirzə Xəzərin Səsi” portalı İsrail-Azərbaycan hərbi müqaviləsinin bəzi maraqlı təfərrüatlarını öyrənə bilmişdir. Əldə etdiyimiz məlumata əsasən, “Hets” raketdən müdafiə sistemi üçün yaradılan “Oren Yarok” tipli radar qurğuları Azərbaycanın İran ilə sərhəddində yerləşdiriləcəkdir. Bununla yanaşı, İsraillə bağlanan müqavilədə Azərbaycan-İran sərhəddində məlumat toplamaq üçün xüsusi sistemlərin qurulması da nəzərdə tutulur.
Qeyd edək ki, İsrailin “Oren Yarok” (“Yaşıl şam” və ya “Yaşıl şam ağacı”) kod adı ilə tanınan bu ən müasir radar sistemini ötən ilin sonlarında Cənubi Koreya da almışdır.
İsrail radar sisteminin İran sərhəddində yerləşdirilməsi ehtimalı ekspertlərin qabaqca irəli sürdükləri mülahizələrini altüst edir. Məsələn, Coşua Kuçera “Eurasianet”də yazırdı ki, İsraildən alınan silah sistemləri İrana qarşı yox, Dağlıq Qarabağa nəzarət edən Ermənistana qarşı istifadə ediləcək. Lakin belə görünür ki, bu fikirlər yanlışdır. Bizə çatan məlumatda deyilir ki, raketdən müdafiə sisteminin radar qurğuları İranla sərhəddə də yerləşdiriləcəkdir.
“Mirzə Xəzərin Səsi” qəzeti

Комментариев нет:
Отправить комментарий