26.03.2012

Yağ, yoxsa zəhər?

SOVET dövrüylə müqaisədə BU GÜN təbii KƏRƏ YAĞININ istehsalı və istehlakı 3 dəfə azalıb, millət baha qiymətə ZƏHƏR YEYİR!!!


Sosialist Respublikanın süqutundan sonra ölkə iqtisadiyyatındakı tənəzzül və əhalinin sosial vəziyyətinin kəskin pisləşməsi danılmaz və hər kəsə məlum faktdır.Bu baxımdan bir sahə üzrə daha bir təhlilimiz bu sosial-iqtisadi tənəzzülün miqyaslarını daha aydın şəkildə təsəvvür etrməkdə bizlərə kömək edəcək.

Beləliklə yağ istehsalı və yağ istehlakı insanların sosial-iqtisadi həyat səviyyyəsinin göstəricisi kimi təhlilmizin predmetidir.Beləki 1988 – ci ilin rəsmi statistikasına görə Sosialist Respublikada 40 min ton təbii kərə yağı istehsal edilirdisə, bu gün 2011-ci ilin rəsmi statistikasına görə ölkədə 25 il əvvəlki dövürlə müqaisədə 2 dəfə az, cəmi 21 min ton kərə yağı istehsal olunub.Əgər nəzərə alsaq ki, Sovet dövründə əhalinin sayı 7 milyon nəfər olduğu halda, hazırda ölkə əhalisinin sayı 9 milyon nəfəri ötüb amma kərə yağı istehsalı 2 dəfə azalıb, onda əminliklə demək olarki adambaşına düşən kərə yağı istehsalı sovet dövrüylə müqaisədə 3 dəfədən cox azalmışdı.Keyfiyyətdən isə danışmağa dəyməz, indi kərə yağının tərkibinə o qədər süni kimyəvi qarışıqlar vurulur ki bunu təbii kərə yağı adlandırmağın özü cinayətdir.Sovet dövründə əhali bitki yağından deməık olarki cox nadir hallarda istifadə edərdi, bu gün isə əksinə sosial vəziyyət o qədər pisləşibki əhali nisbətən “ucuzluğu” səbəbiylə daha cox bitki yağından istifadə edir.Rəsmi statistikaya görə Sovet dövründə il ərzində 1 vətəndaş orta hesabla cəmi 221 QRAM bitki yağı istifadə edirdisə, bu gün bu göstərici illik adambaşına 8 KİLOQRAM  təşkil edir, təbii kərə yağı istehlakı isə 3 dəfə azalıb.
СССР через объектив фотоаппаратаSovet dövründə tərkibi təbii yağla eyni olan ən yüksək keyfiyyətli kərə yağının 1 kiloqramının qiyməti 3 manat 50 qəpik olduğu halda, bu gün 1 kq bitki yağının qiyməti 4-5 manatdır.Fikir verin bu gün əhali bitki yağını Sovet dövründəki təbii kərə yağından az qala 2 dəfə baha qiymətə alırlar.Təbiiki əgər bu bitki yağlarına YAĞ demək mümkündürsə.AzərSunda işləmiş bir nəfər bu bitki yağlarının hazırlanma texnologiyasını belə danışır  “ Böyük tonluq cənlərdi, hərəsinə cəmi 25 kq təbii kərə yağı qatılır, üzərinə isə tonlarla kimyəvi məhlul əlavə olunur, cox kəskin qoxusunu boğmaq ücün xüsusi kimyəvi məhlul əlavə olunur, məhlul Türkiyədən gətirilir və qutunun üzərində yazılıb”insan sağlığı ücün zərərlidir” .Burada işləyən işcilər arasında belə bir zarafat yayılıb, teksun yeyən ərlə arvad gecə bacı qardaş kimi yatırlar”.
Budur bu gün yaşadığımız həyatın faciəsi.Yağ sexlərinin birində işləyən fəhlə danışır ki, “ işlədiyim yağ sexini keyfiyyətsiz məhsul istehsal etdiyi ücün dövlət bağladı, amma sahibkar 400 min manat rüşvət verib sexin fəaliyyətini bərpa etdi”. Fəhlə danışır ki, bu sexdən işimiz müqabilində bizə gündə 2 litr yağ verillər, icində yağdanbaşqa nə desən var, ona görədə özümüz istifadə etmir, satırıq.
İnsanları keyfiyyətsiz bitki yağı yeməyə məhkum etmiş rejim nəticədə millətin genefondunu məhv edir.Bu gün şiş xəstəlikləri tüğyan edir.Sovet dövründə insanlarda cox nadir hallarda xərcəng şişi aşkarlanardısa, bu gün 2011-ci ildə 8 min 500 nəfərə xərcəng dioqnozu qoyulub, sonsuzluq, kişi zəifliyi, mədə xəstəliklərindən isə artıq danışmaq mənasızdır, bu xəstəliklər astronomik rəqəmlərlə artır.Varlı təbəqə bahalı və keyfiyyətli məhsullardan istifadə etdiyindən, keyfiyyətsiz məhsulun qurbanı kasıb və yoxsul əhali olur.Bu isə o deməkdir ki, kapitalizm milyonlarla insanı yoxsulluğa və bununlada vaxtından əvvəl ölümə məhkum etmişdir….
P.S. Sovet hökuməti əhaliyə təbii kərə yağı yedirirdisə, bu gün əksinə insanlara təlqin olunur ki, guya bitki yağı daha sağlamdır.Amma bu təbliğatı aparanlar özləri xaricdən gətirilən bahalı təbii kərə yağlarının daimi müştəriləridirlər.Onda haqlı sual yaranır, əgər kərə yağı ziyandırsa siz nə ücün yeyirsiniz, yox xeyirdirsə onda nə ücün əhaliyə məsləhət deyil?… məncə cavab aydındır varlılara olar, yoxsullara yox, kapitalizmin sosial irqci siyasəti bu prinsipə əsaslanır….Onuda unutmayaq ki, bizim ulu babalarımız hələ bitki yağının nə olduğunu bilməyəndə, min illər təbii kərə yağı yeyiblər və bizim orqanizmamız min illərdir bu qidaya uyğunlaşıb, bitki yağı isə qida rasionumuza indi daxil olub və buna adət etməmiş orqanizmaya dağıdıcı təsir göstərir, hələ üstəlik bu bitki yağları Azərbaycan sexlərində istehsal olunubsa bunun ancaq bir adı var ZƏHƏR….
СССР через объектив фотоаппарата 

Комментариев нет:

Отправить комментарий