26.03.2012

BİR GÜLLƏYƏ ÜÇ DOVŞAN


Bəxtiyar Hidayət

Arada- bərədə ermənilərin öz ordularından danışıb da qürurlandıqlarını eşidirik. Bu kopolunun milləti hələ bizi tanımır ee. Bunlar bilmillər ki bizdə oğullar var ki gülləsi heç boşa getmir- takk- birbaşa onluğa. Əgər inanmırlarsa mən onları başa salaram.
Məmləkət insanı kreditlə yaşayır. Bunun imkanlısı da belədi, imkansızı da.  Elə dövlət özü də bu qədər neft pullarına rəğmən borcun içində qolatma üzür.

Mən bu yazımda daha yuxarı ranqlı adamların götürdükləri kreditdən danışmaq istəmirəm. Onların öz aləmi var “Bəxt üzüyü”ndə deyilən kimi.
Tanıdığım aşağı ranqlı adamların arasında kredit borcu olmayanı yoxdu. Müəllim tanıyıram ki hətta maaş kartı bankda girovdur. Adam tanıyıram ki kredit borcunu ödəmək üçün sələm götürüb. Adam tanıyıram ki kredit borcunu ödəmək üçün başqa bir bankdan kredit götürüb. Adam tanıyıram ki kiminsə kreditinə zamin olduğundan onun borcunu özü ödəyir. Çünki o kredit sahibi öz bir neçə banka kredit ödəməlidir.
Bax belə- adamlar az qala şalvarı da kreditlə alırlar. Toyu da kreditlə edirlər. qızılı da kreditlə alırlar. Yası da kreditlə yola verirlər.
Bu günlərdə Ağstafa rayonunda Texniki Yaradıcılıq birliyi, Uşaq Gənclər Təşkilatı, Şahmat məktəbi  və başqa müəssələrdən 200-ə qədər adam işdən azad edildi. O adamların etiraz etmələri heç yerdə duyulmadı. Çünki  onlar başqa dərddə idilər. onlar gedib İcra Hakimiyyətində bir suala cavab axtarmışdılar-bəs biz kredit borcumuzu nə ilə ödəyək.
Doğrudan da kreditlər nə ilə ödənəcək əgər maaş yoxdursa.
Bu sələmçi banklar hardan çıxdı görəsən birdən-birə. Baxın faizlərə-29 faiz, 33 faiz, 36 faiz. Görəsən dünyada başqa bir ölkə varmı belə ki öz vətəndaşına bu dərəcə yüksək faizlərlə kredit verə. Bir yana da abxırsan kredit olmasa həyat dayanar burda. Az qala camaat ərzaqı da kreditlə alır.
Başqa bir yana baxanda isə başqa mənzərələr aydın olur bizə. Axı bu satılan ətçəkən maşın, paltaryuyan maşın, xəz palto, Nokia markalı telefon və sairlər kretdit sistemi olmadan satıla bilməz. Demək maraqlı qüvvələr var. Və elə banklar da o maraqlı qüvvlərər məxsusdu. Arada zor əhaliyə düşür. Yazıq əhali də bilmir mağazaya nisyəni necə ödəsin ya banka krediti necə.
Qərəz, bu kredit ki var çox qəliz və vacib məsələdir. O qədər vacib məsələdir ki lap əhalinin qul olmasına qədər gedib dirənir. Krediti olan adam da mitinqə çıxarmı? Fikirləşəcək ki birdən məni damladılar, kreditin əvəzinə ev də əldən gedəcək. Fikirləşəcək ki hələ krediti ödəyim sonra çıxaram meydana. O kredit isə ödənilənə qədər başqa bankdan kredit götürüləcək.
Demək ki burda maraqlı qüvvələr var. O maraqlı qüvvələr də bir gülləylə üç dovşan vururlar. Həm pul üstünə pul gəlir, həm öz malları satılır, həm də əhali mitinqi zadı yaddan çıxarır.
Bax indi gör bizdə necə snayperlər var. Erməni nə zibildi bizim yanımızda. Onsuz da bir ovucdurlar. Bizim snayper məmurların başı açılan kimi dənləyəcəklər hamısını “üçü birində” üsulu ilə.

Yoxsa ermənilər bizi nə bilmişdilər. hələ Qarabağı qaytaraq gör onları necə kreditin məngənəsinə salıb bütün heyfimizi çıxırıq.
 

Комментариев нет:

Отправить комментарий