31.03.2012

“Pənah Hüseyn İranın ürəyini ələ aldı”


Əfşar Süleymani: “Heydər Əliyevin hakmiyyəti zamanı, İranla Azərbaycan münasibətlərinin yoxuş dövrüydü”

Müsahibimiz İranın ölkəmizdəki keçmiş səfiri Əfşar Süleymanidir

-Əfşar bəy, ANS telekanalının “Ən yeni tarix” verilişində keçmiş deputat Pənah Hüseynlə davanız əslində çox vacib bir məqama aydınlıq gətirdi. Siz o görüşdə dediniz ki, 1992-ci ildə İran rəsmiləri Azərbaycana gəlib, eləcə də döyüş bölgəsində olub və ölkəmizə silah-sursat yardımı edib.
- Bu 1992-ci ilin noyabrında baş verib. Azərbaycanın o zamankı baş naziri Pənah Hüseynovun İrana səfərindən sonra iki qonşu dövlət arasında müxtəlif sənədlər imzalandı.Pənahin irana səfəri Azərbaycan tərəfinin xahişilə və bizm razilqimiz əsasinda baş tutdu. 

O zaman mən İranın Xarici İşlər nazirliyində MBD ölkələri üzrə siyasi idarənin müavini vəzifəsində çalışırdım. İrandan Spah Qvardiyası Bakıya gəldi. Mən də bu heyətin tərkibində idim. Bizim o zmankı Azərbaycan rsəmləri Rəhim Qazıyevlə, İsgəndər Həmidovla və Fəhmin görüşlərimiz hacievlə oldu. Bizim heyət Qarabağın bölgələrinə getdik. Bizim heyətin tərkibi daha çox İraq –İran müharibəsində iştirak etmiş döyüşçülər idi. Hətta heyətin tərkibində müharibədə əlil olan generalımız da var idi. Yadımdadır, o zaman bizimkilər Qarabağa, döyüş bölgəsinə yollandı. Tez-tez bizi müşayiət edən Azərbaycan rəsmlərindən “gözləyin, oraya getməyin, minaya düşərsiz” sözlərini eşidirdik. İranlı qonaqlara bu söz çox qəribə gəlirdi və biz deyirdik ki, eybi yoxdur, qoy biz qabağda gedək, bizə heç nə olmaz, siz qalın, arxada. 

- O zaman Azərbaycan tərəfində bu görüşdə əsas şəxs kimi kim iştirak edirdi?
-Bizim görüşlərdə o zamankı nazirlər-Rəhim Qazıyev, İskəndər Həmidov, baş nazir Pənah Hüseyn iştirak edirdi. Amma sənədlər imzalanarkən əsas şəxs o zamankı Daxili Qoşunların rəhbəri Fəhmin Hacıyev idi. Sənədlər imzalandı və İran tərəf silah-sursat yardımı etdi.

-Amma nədənsə, o dövürdə daha çox Türkiyənin yardımından danışırdılar. Siz o verilişdə İranın 1992-ci ildə Azərbaycana silah-surst yardımından danışanda da çoxları buna inanmadı. Axı bu barədə heç vaxt danışılmayıb. Sizcə, İranın Azərbaycana yardımını niyə görə gizləyirdilər?
-Əslində bu dövlət sirridir. Gərək mən heç indi də deməyəydim. Mən indi bu barədə ona görə danışıram ki, iki dövlət arasında qaranlıq məqamlar var Bunları aydınlaşdırmaq gərək idi . əsasən Azərbaycan əhalisinin çox hissəsi bilmir ki o vaxtalar ian nəqədər Azərbaycana yardim edib. Eyni zamanda O zaman mərhum Heydər Əliyev naxçivanda rəhbər vəzifəsində çalişarkən naçivanada çoxlu yardimlar edirdik.. Bir məqamı da xatırlatmaq istəyirəm. Şuşa əldən gedəndən sonra Azərbaycanda prezident əvəzi olan Yaqub Məmmədov İrana gəldi. İran prezidenti Rəfsəncani ilə, Ermənistan prezident Ter-Petrosyanla ilə görüşdü. Orda üçlük belə qərara gəldi ki, müharibə dayandırılsın. Üçlük razılığa gəldi və bəyanat imzaladı. Saziş imzalanan kimi hakmiyyətdə olan Xalq Cəbhəsi Partiyasının bəzi üzvləri haray saldılar ki, Şuşanın getməsinə İran səbəb oldu. Amma bu qətiyyən belə deyildi.

-Axı sülh sazişinə kimlər idi mane olmaq istəyən və bu istəyin arxasında hansı maraqlar dayanmışdı?
-Bilirsiz, əslində Rusiya ilə əlbir olan qüvvələr var idi ki, onlar İranla Azərbaycanın birləşməsinə qarşı idilər. Bax elə bu qaraguruhçular da Şuşanın ermənilər tərəfindən işğalını İranın üstünə atdılar. Baxmayaraq, İranda üçlüyün bağladigi  müqaviləzamani  qarabaq işğal edildi Şuşa.bu onu göstərir ki oncədən şuşanin işgali planlaşdirilmişdi .niyə şuşa müqavimət olunmadan işgal olundu?  O zaman Terpetrosiyan dedi ki Azərilər şuşani qizil sinidə ermənistana təqdim etdi ! buna rəgmən şuşanin işgalin  əlində  əsas tutaraq,  Əbülfəz Elçibəy və XC-si də İranın əlehinə çıxış edirdi.

-İki ölkə arasaında yaranmış bu küsülülükdən sonra yenidən yaranan barışa kim və nə səbəb oldu?
-İnanın ki, bu barışğı o zamankı baş nazir Pənah Hüseynov bacardı. Pənah gəldi İrana və İranda ondan soruşanda ki sizin prezidentiniz niyə görə belə danışır. Pənah dedi ki, “Əbülfəz Elçibəy tarixçidir, o ədər də siyasətçi deyil”  gələcəyə baxmaq lazimdir və... Bundan sonra Pənah Hüseyn İranın ürəyini ələ aldı.pənahin irana səfəri bakinin xahişilə və tehran raziliqila baş tutdu və dolaysila bu səfər bakinin tehrandan uzr istəmək mahiyyəti daşiyirdi.

-Axı ANS-in “Ən yeni tarix” verilişində Pənah Hüseyn Əbülfəz Elçibəy haqqında belə bir ifadə işlətmədiyini iddia etdi.
-Bilirsiz, rəsmi görüşlərdə adətən, bütün danışıqlar qeyd edilir. Pənah Hüseynin Əbülfəz Elçibəy haqqında dediyi “Əbülfəz Elçibəy tarixçiidr, o, qədər də siyasətçi deyil” universrsitet müəllimidir və sair fikiri bu gün də rəsmi sənədlərdə qalır. Pənah Hüseynin öz dediyini danmasını anlamaq olmur. Adam özündən niyə bu qədər qorxur, bilmirəm.  Yenə deyirəm ki, Pənahın İrana gəlişindən sonra, Əbülfəz Elçibəyin iki ölkə arasında yaratdığı soyuqluq keçdi və münasibətlər isinməyə başladı. Bundan sonra İran Qarabağa silah-sursat yardımı etdi və bunun heç pulu da ki ,neçə milyon dollaridi ki , ödənilmədi

-Siz yardımdan danışırsız. Konkret deyin görək, İran Azərbaycana yardım etmişdi, yoxsa pulla silah satmışdı?
- Yox, yarısı yardım idi, yarısı isə qiymətindən çox aşağı satılmışdı. Amma sonda elə hamısı yardım kimi oldu. Çünki pul verilmədi.

-Amma bəziləri deyir, İran o dövrdə Ermənistana da yardım edirdi? Fürsət varkən gəlin buna da aydınlıq gətirək.
-Ermənistanla o zaman da İranın gediş-gəlişi, ticarəti olub. Amma silah olmayıb. Bu gün İrana qarşı psixoloji müharibə gedir. Bu gün də Rusiyanın hərbi hissələri Ermənistandadır və keçən il bu müqavilənin müddətini 49 il uzatdılar. Xocalı faciəsini ermənilərlə birgə Rusiyanın 366-cı diviziyası törətdi. Eləcə də digər bölgələrdəki faciələri.

-Siz siyasətlə məşğulsuz. O dönəmdə də məşğul olmusuz. Sizcə, İranın düşmən obrazını yaratmaqda məqsəd nə idi?
-“Bir millət, iki dövlət” əslində İranla Azərbaycana deyilməlidir. Bunu tarix də deyir. Heç narazı da deyilik ki, Azərbaycan qonşu dövlətlərlə, o cümlədən Türkiyə ilə daha mehriban ilişgi qursun. Əslində Türkiyə bizim də qonşumuzdur. Ildə 2 milyondan çox iranlı Türkiyəyə gedir turist kimi. Hər il İranın 5 milyard dolları Türkiyəyə axır. Buna qonşuluq səbəbdir. İnsanlar sıx gediş-gəliş edirlər, türk kanallarına baxırlar. Bir sözlə, bütün bunlar İranda türk dilinin geniş yayılmasına və  əlaqələrin daha da dərinləşməsinə gətirib çıxarır.  İran ilə Türkiyə arasında viza yoxdur. Başqa cür də olmaz axı. Biz qonşuyuq.
Amma bayaq da dedim, tarixdən baxanda İranla Azərbaycan eyni millətlərdən ibarət olan iki ölkədir. Təkcə Rusiyanı deyil, digər dövlətləri də hər zaman qorxudan bir məqam olub. Bu da İranla, Azərbaycanın yaxınlığıdır. Hər zaman qorxublar ki İranla Azərbaycan mehribanlaşar və bu mehribanlıq daha da bərkiyər. Iran Azərbaycanda daha çox işlər görə bilər və belə sizin ölkənizi yıxmaq istəyən qüvvələrə meydan daralar. Ona görə qərar veriblər ki, İranı uzaqlaşdırmaq üçün suyu içəridən bulandırsınlar. Suyu bulandırıb balıq tutmaq kimlərin siyasəti olduğunu yaxşı bilirsiz. Bu “parçala, höküm sür” siyasətidir. Azərbaycan neft ölkəsidir. Bu qara qızılda çox dövlətlərin gözü var.
Təssuf ki iki olkədədə indi duzgun qarşiliqli etimad əsasinda siyasət aparilmir.

-Azərbaycanda hakmiyyətdən tutmuş, kütləyə qədər İrana münasibətdə müxtəliflik var. Amma nə qədər acınacaqlı olsa da İranı dost dövlət kimi qəbul etməyənlər daha çoxdur.
-Gəlin, bir az keçmişə qayıdaq. 20 il öncə, SSRİ dağıldıqdan sonra İran Azərbaycan əlaqələri quruldu. Məncə indi bu iki ölkə arasında ən yaxşı münasibət Heydər Əliyevin hakmiyyəti dövüründə oldu. Heydər Əliyevin hakmiyyəti zamanı, İranla Azərbaycan münasibətlərinin yoxuş dövrüydü. Hələ Naxçıvanda olanda mərhum prezident iki dəfə İrana səfər eləmişdi. O görüşlərin hamısında mən iştirakçı olmuşam. Naxşıvanın çətin günlərində İran yardım edirdi. Heydər Əliyev Azərbaycan prezidenti olandan sonra ilk qəbul etdiyi xarici ölkə başçısı da məhz İran prezidenti Haşimi Rəfsancani oldu. On dördə yaxın sənəd imzalandı bu görüşdə. bu sənədlərin hamısının hazırlanmasında birbaşa mənim rolum var idi.
Onu da deyim ki, ilk dəfə prezidentlər səviyyəsində sənəd də məhz bu zaman imzalandi. Elçibəy dövüründə belə bir saziş baş tutmamışdı.


-Gəlin siyasəti bir kənara qoyaq, Urmiya gölündən danışaq. Yayda bütün dünya Urmuya gölünün qəsdən qurudulmasından “narahat idi”.
-İranda Urmiya gölünün quruması ilə bağlı çox geniş müzakirələr aparılıb. Həm dövlətdə, həm mətbuatda, həm də Məclisdə bu problemə diqqət ayrılıb. Urmiya gölünün qurumasına səbəb o ətrafda yaşayan insanların əkinçiliklə məşğul olmasıdır. Ətrafda yaşayan adamların hamısı quyu düzəldib və yeraltı sudan istifadə edib ki, bu da gölün quruması ilə nəticələnib. Gölə axan çaylar isə yağıntıların azaldığna görə kəsilib. Əlbəttə Təbiyi səbəblərdə olub. Bir məsəslə budur ki dovlət oraganlari lazimi diqqəti gostərməyiblər. İşləri duzgun gurub idarə etmək uçun mudruk insanlar lazimdir qusurlu məsul şəxslər cəzalandirmalidi və .... Hazırda da  razi edici olmasada problemin həlli istiqamətində  proses davam edir. Onu da deyim ki, İranda təkcə Urmiya gölü qurumayıb ki, digər Bəzi  böyük göllər də Təbiyi səbələrə və diqqətsizliklər ucubatindan quruyub. Ölkəmizə ixtilaf salmağa çalışanlar isə deyir ki, guya İran hakmiyyəti Urmiya gölünü qurudub ki, orda yaşayan əhali susuz qalıb başqa yerə köçsün. Bu kökündən yanlış fikirdir və əslində fikir deyil, böhtandır. Bu Urmiya gölünün ətrafında yaşayanlar hara köçsə, axır ki İrandan çıxmayacaq.
 
Söhbətləşdi Arzu Abdulla

Комментариев нет:

Отправить комментарий