Faiq Balabəyli
Prezident İlham Əliyev Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı aidiyyatı qurumlara tapşırıq vermişdi. Və bu tapşırıqdan bir ildən çox vaxt keçir, amma hələdə ortada bir şey yoxdu. Hələ DTXK –yəni Dövlət Torpaq və Xəritə çəkmə Komitəsinin sədri Qərib Mehdiyev də həmin tapşırıqla əlaqədar olaraq qanun layihəsi hazırlayaraq müvafiq quruma təqdim etmişik, deyir.
Mən bir Azərbaycan vətəndaşı olaraq Qərib müəllimin dediklərinə inanmıram.
Bakılılar demiş, bəgəm dərəbəylikdir ki, ya, prezident tapşırıq verə, bu tapşırığın üstündən bir ildən çox vaxt keçə və hələ üstəlik DTXK-da qanun layihəsi hazırlaya və hansısa müvafiq qurum bunu qulaqardına vura. Yəni onların qulaqları bu qədər uzundur ki, prezidentin tapşırıqlarını arxasında gizlətsinlər? Mən buna inanmıram. Inana bilmirəm. Mən bunu uzağı bir həftədən sonra yazın gəlişi ilə çiçəklənən müstəqil, azad, suvener və suvinir, ərazi bütövlüyünü hər vəchlə qorumağa qadir olan ölkəmizə, ölkəmizin qədirbilən xalqının başbilənlərinə qarşı yönəlinən bir iftira, sabotaj olduğunu iddia edir və and içirəm ki, deyilənlərin yanlış olduğunu sübut etmək üçün bütün müvafiq imkanlardan səmərəli istifadə edəcəyəm. Sübut edəcəyəmki bütün bu deyilənlər yanlışdır. Necə ola bilər ki, bizim prezidentimiz müvafiq bir tapşırıq versin və hansısa müvafq qurum bunu ləngitsin. Bu müfafiq qurumun, məgər müvafiq yeri yoxdu? Həmin tapşırıqdan irəli gələn tövsiyyələr həmin müvafiq qurumun mügafiq yerinə deyil? Mən əminəm ki, onlara müvafiqliklərini elə başa salarlar ki, bir də belə müvafiq qələtlər qaynatmazlar.
Adama deyərlər ki, prezidentin verdiyi tapşırıqda bəhs olunan məsələ elə siz müvafiq qurumların p..-püsürüdür də. Hansı vətəndaş müvafiq qurumların razılığı olmadan, müvafiq sənədləri təqdim etmədən və müvafiq razılıqlar əldə etmədən həmin evləri tikə bilərdi? Əlbətdə heç biri. Onlara elə toy tutardılar ki, müvafiq yerləri köhnə “011”-in “kulşiteli” kimi tüstülənərdi, ekologiyamızı dəm qazı ilə birgə müxtəlif tullantılarla zəhərləyib pis günə qoyardılar.
Demək burda nəsə var. Bu “nəsənin” müvafiqinin ardınca düşmək lazımdır. “Müvafiq orqanının” bu müvafiq hərəkəti müvafiqlikdən başqa bir şey deyil. Onlar bizim bir-neçə günə hər tərəfi çiçəklənən doğma yurdumuzun, vətənimizin imicinə mənfi təsir göstərməklə məğul olurlar. Bu heç arzuolunmazdır. Bizin ölkəmizdə belə şeylərin baş verməsi baş aparmaq kimi bir şeydir. Əgər onlar həqiqətəndə qanunsuz tikililərin sökülməsini istəyirlərsə, yerini göstərək gedib söksünlər, əgər buna müvafiqləri çatacaqsa. İşğal olunmuş tprpaqlarda o qədər qanunsuz tikililər var ki.. gedib söksünlər də...Nə olub, bu müvafiqlər kimi gözləyir? Lazımı? Ay gəldiye Lazım. Lazım gəlməyəcək, Lazım bu müvafiqləri heç müvafiq yeri ilə də saymır. Necə ki, bu müvafiqlər, əhalidən müvafiq sənədləri alıb, o tikililərin tikilməsinə müvafiq sərancam vermişdilər ha, indi müvafiq yerləri ilə saymırlar e, bax eləcə...
Amma prezidentin tapşırıqlarını müvafiqlik edib, UZUNQULAQlarının ardına verirlərsə, elə prezident özü onların müvafiq yerlərini dağıtmalıdır. Güman edirəm ki dağıdacaq da... Amma Lazım gəlsə, Lazım da müvafiqlik edir,gəlmir ki, gəlmir.

Комментариев нет:
Отправить комментарий