26.03.2012

İsraillilər İranı sevirlər


Yəhudilər hökuməti İranın bombalanması fikrindən vaz keçməyə çağırıblar. 


“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, İsraildə “İranlıları sevirik” nümayişi keçirilib. Nümayiş iştirakçıları Təl-Əviv hökumətini İranın bombalanması fikrindən daşınmasını tələb ediblər.
İştirakçılar İran ilə müharibə aparılmasına qarşı çıxdıqlarını bildirərək, problemin müzakirələr yolu ilə həllinin vacibliyini qeyd ediblər. Xarici KİV nümayişin bir İsrail vətəndaşının sosial şəbəkələrdən birində “İranı sevirik” kampaniyasını başlatmasından sonra baş tutduğunu yazıb. 
İsrail mətbuatında dərc olunan xəbərlərdə isə sözügedən nümayişdə mindən çox insanın iştirak etdiyi öz əksini tapıb. Habelə xəbərlərdə nümayiş iştirakçılarının iranlıların heç bir zərərinin toxunmadığını, bundan dolayı onlardan nifrət etmədiklərini və qorxmadıqlarını bildirdikləri qeyd olunub.

Комментариев нет:

Отправить комментарий