11.07.2012

Adın bulud kimi keçir alnımdan

Sayman Aruz


Mənimlə danış!
bu tənha yatağın
bu çirkli ədyalın bədənimlə danışdığı kimi
bu divarın
bu pərdənin
bu otağın mənim axmaqlığıma güldüyü kimi.
fikirləşmə sakın
Dünyanın girdə olmasını bilirəm
Həyatın acı olmasını bilirəm

Hətta bilirəm ki, biz ikimiz birlikdə yıxıldıq
Sən mənim gözlərimdən
Və mən ədalətin tərəzisindən!


Dünyam dodaqlarından başlanır
Və kəlmələrin alın yazım kimi düzülür rəfimə
Susma sakın susma
Kəlmələrin möcüzədir
Sən, yəni ki, varsan!
Yəni, inan!
Yəni, adi bir daş parçasını belə
Bir ömür sığallayıb
semək olar!


Adın bulud kimi keçir alnımdan
bu maşınlar kimi keçir önümdən
bu siqnallar kimi beynimdən
bu kədər kimi ürəyimdən...
adın güllə kimi çaxılır
və dünyanın dörd bir yanında
kimsə haqsızcasına yeri yıxılır...
adın azadlıqdır
mən adını səslədim
və zindana düşdüm!

Комментариев нет:

Отправить комментарий