11.07.2012

"Gərgin münasibətlərinin girovuna çevrilmişik"

Hüquq müdafiəçisi Leyla Yunus: «Siyasi məhbus o şəxsə deyilir ki, cinayəti törədib, amma siyasi motivlərə görə məhkəməsi pozuntularla keçib və qeyri-adekvat cəza alıb. Məsələn, şərti iş əvəzinə, 3 il həbs cəzası veriblər. Bax, bu siyasi məhbusdur. Amma heç bir cinayət törətməyən, əvəzində həbs cəzası alan adam vicdan məhbusudur. Məsələn, nə aprel məhbusları, nə Oqtay Gülalıyev, nə Hilal Məmmədov, nə Əvəz Zeynallı, nə islamçılar cinayət əməli törədiblər. Bunlar hamısı vicdan məhbuslarıdır. Əziz yoldaşlar, biz çox mürəkkəb vəziyyətlə üzləşmişik. Azərbaycan hökumətinin İranla gərgin münasibətlərinin girovuna çevrilmişik. Azərbaycan hakimiyyəti öz vətəndaşlarına bu gərginliyə görə təzyiqlər edir. Ayrı-ayrı vətəndaşlar həbs edilərək ya terrorizm, ya qanunsuz silah saxlama, ya da İrana casusluqda ittiham edilir».

Комментариев нет:

Отправить комментарий