11.07.2012

Bu bir ağır yazıdır ki...

Laçın Məmişov


"Qardaşım Şah Xəndan öləndə mənə demişdi ki, bizim sülalədən kim dünyasını dəyişsə mənim yanımda dəfn edərsiniz. Gedirəm Şah Xəndana, qəbirlərimizi qazdıqmağa". İmadəddin Nəsimi 

Qara qələm verin mənə
Günümüzü qara edən
Qara neftin rəngi kimi
Bir ağ vərəq verin mənə
Azadlıq tək, ağ bir vərəq
Pak bir vərəq
Kəlam yazım, məram yazım
Hürriyyətə bir atəşli salam yazım

Elimin obamın dərdi-sərlərini yazmalıyam
Şeytanların, iblislərin 
Cızdıqları planları pozmalıyam
Bu bir ağır yazıdır ki,
Ölsəm belə yazmalıyam
Haqqı bəyan etmək üçün
Haqlını öz haqqına yetirmək üçün
İki qəbir qazmalıyam
Biri mənim
Biri isə iblis sənin
Ya sən haqqı yenəcəksən...
Ya da qazdığım qəbirə
Gurultuyla enəcəksən!!!

Könlümün sultanı Şamaxı şəhəri 10 iyul 2012-ci il

Комментариев нет:

Отправить комментарий