11.07.2012

Mir Cəfər Bağırovun daşnaklarla mübarizəsi

Elmar Həsənov


Əsrin ortasinda sədaqətlə xidmət etdiyi rejim tərəfindən ölümə məhkum edilmiş M.C.Bağirov əsrin sonun da yaşamaqdadir. Çünki şəxsiyyəti aradan qaladirmaqla tarixi dövrü məhv etmək  mümkün  deyildir. Tarixi araşdirmalar bir həqiqətidə meydana çixarir: Leninin ölümündən  sonra  Nəriman Nərimanov, Stalinin vəfatindan sonra Mir Cəfər Bağirov Kremlin  şovinist-ermənipərəst  hakimlərinin  hədəfi  olmuşdur. Əslində bir rejimə qulluq etmiş Bağirovun ölümünə səbəb olan amil nə idi?
Bu plani Stalinin ölümündən  sonra  kimlər həyata keçirdi? Onlarin məqsədləri nə idi? Bu suallar Azərbaycan tarixinin araşdirilmamiş məsələsidi. Dərslik kitablarinda Bağirov qaniçən, qəddar, ermənilərə xidmət etmiş bir rəhbər  kimi  təqdim  olunur. Əslində
bu belədimi? Bu suallara tarixi faltlarin dili ilə aydinliq gətirək.
1953-cü ilin martinda Moskva matəm içərsində ikən, Kreml divarlari arasinda bu ölümə sevinənlər də  var
idi. Stalinin dəfnini təşkil edən komisiyyanin sədri N.S.Xruşşov A.İ Mikoyan ilə baş-başa vermişdi. Fürsəti əl
dən vermək olmazdi. Onlardan birincisi partiyanin birinci katibi, ikincisi Ali Sovetin Rəyasət heyətinin sədri
olmali idi. Bunun üçün Stalinin şəxsiyyətinə pərəstiş məsələsi qaldirilmali, o, Lenin  işinin layiqsiz davamçisi
kimi  Movzoleydən  götürülməli idi. Başlica maneə  Lavreni  Beriya  idi. Onu  oyundankənar vəziyyətə  salib,
məhv etmək lazim idi. Mikoyan Beriyanin şəxsi mühafizə qrupunda olan erməni soydaşi  ilə gündəlik  əlaqə
saxlayirdi. Beləliklə Sarkisovun xəyanəti nəticəsində iyun ayinin 26-da Beriya məhkəməsiz və  istintaqsiz  öl
dürüldü. Bu oyunlardan sonra əsas hədəf Bağirov idi. Həmdə Bağirov Stalinin ən sevimli  kadri  idi. Buda  ta
rixin ironyasidir ki, Stalinin kadri kimi SSRI-yə daxil olan ölkələrin,  rəhbərlərindən ancaq  Bağirov güllələnib.
Stalinin dövründə Xruşşov özü Ukraynaya rəhbərlik etmişdi.
1953-cü ilin iyun günlərində Moskva ətrafindaki başqa bir bağ  evində  Anastas  Mikoyan Beriyadan sonra
Mir Cəfər Bağirovu məhv etmək planlarini beynində cizirdi. Mikoyanin daşnaklarla fəaliyyətindən  bəhs ed
ən arxiv materiallarinin Bakida qalmasina, yəqin ki, son qoyulacaqdi. Bağirov öldürüldükdən sonra  erməni
lər istədiklərini edəcəkdilər. XIX qrultaydan sonra keçrilən ilk plenumda Stalinin onu  qorxaq   adlandirmasi
yadina düşürdü. Kiçik bir çixişinda Stalinin adini otuz dəfə çəkən Mikoyan özü ilə bağli  arxiv  sənədlərini  ar
vadinin müdir olduğu arxivə verməlidir. Bu dönəmdə Sov. İKP. MK-nin iyul plenumunda  N.S.Xruşşovun  Ukraynadan tanidiği Roman Andreyeviç Rudenko SSRİ  baş prokuroru  təsdiq  olundu.  Məşhur   hüquqşünasa Xruşşov və Mikoyan məxfi tapşiriq verdi: Azərbaycan xalqinin rəhbərinə məhkəmə qursun. SSRİ  baş  prokuroru Mir Cəfər Bağirova qarşi hökmün layihəsini hazirladi. Azərbaycan SSR, Quba şəhər  sakini,  1896-ci ildəanadan olmuş Bağirov Mir Cəfər Abbas oğlu – RSFSR Cinayyət  Məcəlləsinin 58-1 b, 58-8, 58-11  maddələrilə müqəssir bilinir.
Tarixdə ilk dəfə idi ki, Quba şəhər sakini SSRİ baş prokurorunun qərar  ilə məsuliyyətə   alinirdi.  Nə üçün?
Məgər baş prokuror bilmirdimi ki,yer üzündə kütləvi qirğinlarin mənbəyi  bolşevizmdir? Bütün bunlar üçün    
Azərbaycan SSRİ-in rəhbəri niyə cavab verməlidir? Üstəlik başçiliq etdiyi  respublikanun deyil, digər respub  likanin Cinayət Məcəlləsinin maddələri ilə mühakimə edilməlidir?  Məsələnin əsl mahiyyəti  bundan  ibarət idi ki, Mir Cəfər Bağirovun aradan götürülməsi Mikoyanin çoxdanki arzusu idi. Rudenkonun məhkəmədə Ba
ğirova  verdiyi suallar elə bil əvvəlcədən ermənilərin diktəsi ilə hazirlanmişdi. Nəzər yetirin:
RUDENKO – Müttəhim Bağirov, 1947-ci ildə Nizami təntənələrinə gələn  Şaginyan  Mariettani  siz  gəbul et
məyib, hələ üstəlik təhqir etmişdiniz, Nə üçün?
Bağirov–Əsərlərində Qarabağ və Naxçivan torpaqlarina göz dikdiyi üçün. Mənimlə görüşmək istəyirdi, rədd
etdim.Dedim ki, nə qədər istəyir verin, yeyib-içsin və çixib getsin.
RUDENKO- Müttəhim Bağirov,  siz marşal Bağramyani təhqir edib hədələmisiniz.
BAĞİROV- Özünü yox,  qardaşi Bağramovu  Kür-Araz  İnşaat  İdarəsinin rəisi olmuşdu. Qudurmuşdu. Özünü  elə aparirdi ki, guya qardaşi yox, özü marşaldir. Respublika ona tabedir.
RUDENKO- Böyük Sovet Esiklopediyasinin baş redaktoru Suren Şamuyani nə üstə təhqir etmisən?
BAĞİROV- Bakidan qovmuşam.  Bir  dəstə  adamla gəlib arxivlərimizi  ələk-vələk  etmək  istəyirdi.
Daha doğrusu, kommunist pərdəsi altinda daşnaklarin  törətdiyi  cinayətləri,  müsəlmanlarin izini
yer üzündən silmək , banklardan və evlərdən talan edib oğurladiqlari sərvətlərə aid sənədləri ara
dan qaldirmaq istəyirdi. Mən də əmr  etdim ki,  24  saat ərzində  Bakini  öz dəstələri ilə tərk etsin.
Mir Cəfər Bağirovun respublikaya  rəhbərliyi  dövründə  ermənilərin Azərbaycan arxivlərindən çi                        xara bilmədikləri həmin sənədləri 1965-ci ildə Mikoyan Bakida dörd  çamadana doldurub qatarla
 Moskvaya apardi.  Bağirov məhkəmənin hökmü ilə güllələndikdən  sonra  1960-ci ildə ermənilər
ilk dəfə genosid məsələsini qaldirdilar. Bunlar tarixi faktlardi . Bütün  bu  tarixi  faktlar  Bağirovun
uydurulmuş erməni mifinə yox, xalqina xidmət etdiyi ortaya çixir.

Комментариев нет:

Отправить комментарий