14.07.2012

KAPİTALIN SARSILAN HAKİMİYYƏTİ

Fransanın “Pejo Sitroen” avtomobil  konsernin işçiləri şirkətin Olne-su-Buadakı zavodu qarşısında etiraz aksiyası keçiriblər. Onlar həyata keçiriləcək kütləvi ixtisarlar nəticəsində minlərlə insanın işsiz qalacağına etiraz ediblər. Pejo-Sitroen şirkətinin direktorlar şurasının sədri  Filip Varen konsernin hər ay 200 milyon avro həcmində itki ilə üzləşdiyini bəyan edib. Məhz bu və digər səbəblərdən də şirkət 8 min iş yerinin ixtisar ediləcəyini və 1 avtomobil zavodununun tamamilə bağlancağ ilə bağlı bəyanat verib. Fransa Ümuməmək Konfederasiyası şirkət tərəfindən qəbul edilən bu qərarı “müharibə  elanı” adlandırıb.
Yeni statistik məlumatlara görə, aprel ayında Yunanıstanda işsizlik 22.5%-ə çatıb. Milli Statistika Xidmətinin verdiyi məlumata görə,11 milyon əhalisi olan Yunanıstanda 1 milyon 110 min adam işsizdir. 15-24 yaşlı şəxslər arasında işsizlik səviyyəsi 51.5%, 25-34 yaşlı şəxslər arasında isə bu göstərici 29.8% təşkil edir.
Analitiklərin fikrincə, 2010-cu ildən bu günədək tətbiq edilən iqtisadi islahatlar dərin tənəzzülə səbəb olub və əmək bazarına ciddi zərbə vurub. Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondu tərəfindən tətbiq olunan büdcə ixtisarları bir çox şirkətlərin bağlanmasına və ya iflas etməsinə, iş yerlərinin ixtisarına və istehlakçıların xərclərinin kəskin şəkildə azalmasına səbəb olub. Qeyd edək ki, Yunanıstan avrozonada işsizlik səviyyəsinə görə, İspaniyadan sonra ikinci ölkədir.
“Yaxın bir neçə ildə Avropanın 17 ölkəsində işsizlərin ümumi sayı 22 milyon nəfərə çata bilər. Hazırda onların təxmini sayı 17,4 milyona yaxındır”. Bu fikirlər Beynəlxalq Əmək Təşkilatının hazırladığı sonuncu hesabatda yer alıb. Təşkilatın sədri Xuan Somaviyanın fikrincə, təhlükəli vəziyyətə düşən təkcə avrozona deyil, bütün qlobal iqtisadiyyat bu təzahürün təsirinə məruz qala bilər. Hesabatda deyilir ki, əmək bazarının sabitləşdirilməsi üçün yaxın vaxtlarda köklü tədbirlər görülməsə, avrozonanın 17 ölkəsi məşğulluq böhranından əziyyət çəkəcək. Onun sözlərinə görə, iqtisadiyyata real sərmayələrin yatırılması üçün məqsədyönlü tədbirlər görülməlidir. Avrozonada işsizliyin səviyyəsi 2010-cu ildən etibarən kəskin şəkildə artmağa başlayıb və hazırda 15-24 yaşlarında olan 3 milyondan çox gənc işsizdir.
Yaponiya hökumətinin dərc etdiyi sonuncu hesabatında qeyd olunur ki, ölkədə intihar hallarının sayı kəskin sürətdə artıb. Hesabatda bildirilir ki, 2011-ci ildə ölkədə 30 mindən artıq intihar hadisəsi baş verib. İntihar edənlərin əksəriyyəti 60 və daha yuxarı yaş təbəqəsindən olan insanlardır. İntihar edənlər arasında gənclər azlıq təşkil etsə də, bu göstərici əvvəlki illə müqayisədə artıb. İntiharların baş verməsi səbəbi kimi isə, əsasən, qeyri-sabit məşğulluq və ağır iş şəraiti göstərilir.
Spiegel Online-nın Associated-Press agentliyinə istinadən verdiyi məlumata görə Amerika hərbçiləri arasında intihar halları artıb.Orta hesabla günə bir əsgər intihar edir.Müdafiə nazirliyinin açıqladığı son statistik göstəricilərə görə, bu il intihar hadisələri nəticəsində ölən əsgərlərin sayı Əfqanıstandakı döyüşlərdə həlak olan əsgərlərin sayından çoxdur. Müdafiə nazirliyi bu göstəricilərdən heyrətə gəlib. Bu ilin son 155 günündə 154 əsgər intihar edib.Bu göstəcirici ötən ili bütün il boyu üçün qeydə alınan göstəricidən 18% çoxdur. Qeyd olunduğu kimi bu göstərici həm də 2008-2009-cu illərdə Əfqanısatandakı döyüşlərdə həlak olan əsgərlərin sayından da çoxdur. SİTAT: ”Biz daha az intihar halları gözləyirdik” sözlərini Pentaqonun “İntiharlarla mübarizə” şöbəsinin rəisi Cekki Qarrik deyib. İntiharlara səbəb kimi müxtəlif tipli stresslər,maliyyə problemləri,həddindən artıq alkoqollu içkilərdən istifadə,hərbi hissələrdə zorakılıq halları və s. göstərilir.
Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatında qeyd olunur ki, Portuqaliya, İtaliya, Yunanıstan və İspaniya Avropada ən çox korrupsiya halları qeydə alınan ölkələrdir. Hesabata görə, bu ölkələrdə korrupsiya ilə mübarizə sistemində boşluqlar mövcuddur. “Pul, siyasət və hakimiyyət: Avropada korrpsiyanın doğurduğu təhlükələr” adlı 63 səhifədən ibarət hesabatda göstərilir ki, dövlət xərclərinin idarə olunmasında uğursuzluq və korrupsiya ilə mübarizə sahəsində çatışmazlıq arasında güclü əlaqə var. Baş ofisi Berlində yerləşən Beynəlxalq Şəffaflıq Təşkilatının direktoru Kobus de Suardt deyib ki, Avropanın üzləşdiyi iqtisadi böhranın həllinə çalışdığı bir vaxtda bu cür nəticələr şübhələr doğurur. Hesabata görə, bu ölkələr dövlət sektorunda hesabatların aparılmasında olan böyük çatışmazlıqlardan və korrupsiya problemlərindən əziyyət çəkir. Yunanıstanda korrupsiya probleminin dəfələrlə elan olunmasına baxmayaraq, ölkədə dövlət sektorunda çalışanların yalnız 2%-i korrupsiya əməllərinə görə cəzalandırılıb. Portuqaliyada isə, bu rəqəm 5% təşkil edir. İtaliya, İspaniya, Yunanıstan, İrlandiya və Ruminiyada əhalinin 80%-i hesab edir ki, ölkədəki siyasi partiyalar korrupsiya ilə məşğul olurlar. Təşkilat bildirir ki, ümumilikdə Avropada korrupsiya ilə mübarizə sahəsində mükəmməl sistemə sahib olan bir dövlət yoxdur. Buna misal olaraq qeyd olunur ki, İsveç və İsveçrədə hətta siyasi partiyaların maliyyələşdiriləməsində belə heç bir qayda-qanun yoxdur.
Yunanıstan statistika xidməti ELSTAT-ın məlumatına görə, mart ayında ölkədə  işsizlik səviyyəsi kəskin şəkildə artaraq 21.9%-ə çatıb, və ya bu gün üçün ölkədə  1 milyon 75 min nəfər işsizdir, qeyd edək ki, fevralda bu göstərici 21.4% olub. Reuters informasiya agentliyinin məlumatına əsasən , ötən ilin müvafiq dövründə işsizlik səviyyəsi 15.7% olub, bu isə o deməkdir ki, o dövrdən indiyədək 342 134 iş yeri ixtisar edilib. İşsizlik səviyyəsi ölkənin böyük şəhərlərində yüksəkdir, təkcə Afinada bu göstərici 22.6% təşkil edir.15-24 yaşlılar arasında işsizlik səviyyəsi isə 52.8%-dir.Məhz bu səbəbdən ötən ay keçirilən seçkilərdə bir çox gənclər radikal solçu Siriza partiyasına səs verib. Yunanıstanda işsizlik səviyyəsi avrozonadakı orta işsizlik səviyyəsindən, iki dəfə artıqdır, bu ölkədəki vəziyyət getdikcə İspaniyadakı acınacaqlı vəziyyətə bənzəməyə başlayır. Xatırladaq ki, ilin birinci rübündə İspaniyada işsizlik səviyyəsi 24.4 təşkil edib. Yunanıstanın əmək bazarında vəziyyətin kəskin şəkildə pisləşməsi ilə yanaşı Avropa İttifaqı və Beynəlxalq Valyuta Fondunun göstərişlərinə əsasən maaş və pensiyaların azaldılması ölkə əhalisi arasında böhrandan çıxış planını dəstəkləyən iki əsas partiya – Yeni Demokratiya və sosialist PASOK partiyalarına qarşı hiddəti artırıb.
İsveçrədə əhalinin sürətlə qocalması əqli və fiziki cəhətdən sərbəst hərəkət edə bilən insanların sayının ilbəil azalmasına səbəb olur.  Yaşlı əhalinin sayının artması ev qulluqçularına olan tələbatı da artırır. Bu vəziyyət əmək bazarına miqrantları cəlb etsə də, məsələni araşdırdıqda acınacaqlı faktlar ortaya çıxır.  Fransanın “Lematin” saytının xəbərinə görə, ölkədə bu məsələ ilə həm dövlət qurumları, həm də özəl şirkətlər məşğul olsa da sonunculara müraciət edənlərin sayı daha çoxdur. Lakin bu sahədə ixtisaslaşmış özəl qurumların sayının artması yeni problemlər ortaya çıxarıb. Dövlət qurumunun hansısa yaşlı insana təhkim etdiyi şəxs gün ərzində konkret saatlarda onu gəzdirir və ev işləri ilə məşğul olur. Özəl qurumlar isə 24 saat xidmət təklif edir. Belə ki, ucuz əmək haqqı ilə hər yaşlı insana 2 qadın baxıcı təhkim edilir. Baxıcı isə 15 gün ərzində təhkim olduğu isveçrəlinin evində gecə-gündüz bütün işləri yerinə yetirməlidir. Xidmətdə olduğu müddət ərzində qulluqçu evi tərk edə bilməz. Xidmətçinin bütün ayı heç yerə getmədən təhkim edildiyi insanın yanında qalması da adi haldır. Bu cür ağır iş şəraitində işləməyə məcbur olanlar isə əsasən italyan, yunan və ispan qadınlarıdır. Xidmətçilər arasında yerli əhali yox dərəcəsindədir.
“Yaxın 25 il ərzində ABŞ-ın dövlət borcu ölkənin Ümumdaxili Məhsulun Həcminə nisbətdə 2 dəfədən çox ola bilər. Bu o zaman baş verəcək ki, əgər hökümət indiki vergi güzəştlərinin saxlanılmasına qərar versin.” Bu fikirlər Amerika konqresinin Maliyyə idarəsinin hazırladığı yeni hesabatında yer alıb. Hesabatda həmçinin qeyd edilir ki, bu ilin 31 dekabrında başa çatacaq vergi güzəştlərinin vaxtı uzadılmasa yaxın prespektiv üçün ölkənin iqtisadi göstəriciləri yaxşı ola bilər. Belə olan təqdirdə cəmi 25 ildən sonra dövlət borcu ÜDM-in 50 faizinə qədər azala bilər. Qeyd edək ki, bu gün üçün ABŞ-ın dövlət borcu ÜDM-in 73 % təşkil edir. Müstəqil ekspertlər hesab edirlər ki, əgər vergi güzəştlərinin müddəti uzadılsa Amerika Birləşmiş Ştatlarınıda Yunanıstanın vəziyyəti gözləyə bilər. Büdcə idarəsinin ekspertləri hesab edirlər ki, əgər sosial xərclərin strukturunda dəyişikliklər edilməsə və səhiyyə sitemində islahatlar aparılmasa onda 2037-ci ildə təkcə bu sahəyə ÜDM-in 10 % həcmində pul xərclənəcəq.  Bunuda əsasən onunla bağlayırlar ki, ABŞ əhalisi qocalır və səhiyyə xidmətlərinin qiymətləri artır. Belə olan təqdirdədə bu gün effektiv hesab edilən tədbirlər bir müddətdən sonra heç bir işə yaramayacaq. Analitiklər hesab edirlər ki, bunun qarşısını almaq üçün büdcə gəlirlərini artırmaq lazımdır, ancaq bunu bu gün mövcud güzəştlərlə etmək mükün deyil. Qeyd edək ki, noyabrda keçiriləcək seçkilərdə namizədlərin əsas müzakirə etdikləri mövzulardan biridə varlılar üçün vergi güzəştlərinin ləğv edilib edilməməsidir. Barak Obamanın komandası hesab edir ki, varlılar üçün vergi güzəştləri ləğv edilməli və onlar daha çox vergiyə cəlb edilməlidirlər. Ancaq respublikaçıların fikirincə varlılara qarşı belə bir addımın atılması yeni iş yerlərinin yaradılmasına mane olacaq və iqtisadiyyatı zəiflədəcək.


kommunist.biz

Комментариев нет:

Отправить комментарий