14.07.2012

İntihar qopuzun

Sayman Aruz


Dərin dənizinə cumduğun sevgi
Dayaz kasa kimi bir gün daşacaq
Sənə qarış-qarış yaxınlaşan qız
Bir gün addım-addım uzaqlaşacaq


Böyüyüb-böyüyüb ucalacaqsan
Adamlar gözündə kiçiləcəkdir
Bir gün özün boyda sevdiyin insan
Sənin yaddaşından silinəcəkdir


Xəyanət görməyi öyrənəcəksən
Şikayət etmədən sürünəcəksən
Dizlərin ortadan qatdanan zaman
Kəndi qollarına bürünəcəksən


İntihar qopuzun çalacaq əlin
Şəhər çevriləcək gözündə çölə
Sənə dostum deyib, alqışlayanlar
Çıxıb gedəcəklər düşməningilə!

Gücün çatmayacaq çıxıb getməyə
Səni qullanacaq bu qanlı sevda
Yalnız bir kəlməni çığıracaqsan
Fahişə, fahişə, fahişə, faaa...


Sonunda oturub soyuq qanlı sən
Kövrəlib-kövrəlib kiriyəcəksən
Sənin kölgən altda böyüyənlərə
Dönüb baxmağa da ərinəcəksən...



Gözümü yumdum


“SIZ” dən sonra, 
Acı bir kəlmə tapanmıram 
Sizi səsləməyə! 



Gözümü yumdum, 
Və ağır acılarına dözdüm. 
Gözümü yumdum, 
Və söz verdikləri cənnəti, 
Ürəyimə qoydum! 
Bizim ortamızda, , 
Yalnız, 
Doğulduğumuz şəhər oxşarydi, 
Heyif ki ölümümüz, 
Onların süfrəsində 
Bayat bir közərmiş çörək idi, 
Və butanın üstündəki yarpaq, 
Cəngəlin yaddaşında, 
Ağacı, 
Xatırlatmayacaq! 


Biz, 
Başımızı yerə qoyduq, 
Və səadət, 
Xiyavanlara axdı. 
Mən, 
Insanların yarasına döndüm, 
Və özümə, 
Ev axtardım! 


Səni görməyə, 
Dağları aşmışdıq, 
Və daşın dözümünə dönmüşdük 
Zamanın qarşısında, 
Indi, 
Amma, 
Burda, 
Hamı səni axtarır 
Sənisə 
Qarışmış, 
Və qarğınmış, 
Sözlərini sindırırsan 
Və gedirsən! 

Комментариев нет:

Отправить комментарий