09.07.2012

Marginal

Duman Ərdəm


Sən sevgilin bacanağı dayısı bir də dayısı əri baldızı
Qayın xatını xalası arvadı bir də nəkivarı
Axşam əyləşdi evinizə əlləriniz dizinizə
Xortdanlarınızmı babalayacaq noç niyə noç elə noç
Dəfinəmi pırtlayacaq ay burnu sırğalı yelpikçi qaraqullar?
Yaslanar yastığa rəngli minyaturlardan divanlı şahlar masada
Naxırçı qoduq əlindən qaçar
Tutun başın soxun pasturizə kakau süt vannasına!hava qız nəfəsinə isti
Sətirlərin çevrəsi baxçalansın gül olsun çiçək olsun çaylarda axar axsın çaylar
Xisrovdan bacalar sallansın şirin xanım soyunsn ay işığını vursun yalın yanından üzünzə
Baxın vergisi yoxdur baxışın.hərraac oldu seçin ey həzəraat!dirilsin bir-bir qurdlar gözünüzdə tumana tökdü bazar oxunsun külliyatül kəfləmiyyat

Deyyəcəksiz-buy yetərbəs bu aşiqanəyə qəhrəmanlı ölkəlik bir güllə həmasəyə qıran atırsız!
Ordular quruldu tüpürüldü yaylardan oxlar savaş qaçdı əsgər at oldu yatdı
Neçə portret vızdı rom şovaliyesindən qız gəlin otağına barmaqlarda çadırlandı yorqanlar endi qalxdı endi qaldı endı
Bulağlandı xəşayarın güngörməzliyi espartaya
Islav çöllərinin quldur ibnəsini kim bilir kiminlə kəbirlədin


Hələ çağımız daşlaşmada daşımız çağlaşmada çallaşmada daşşağımız
Day kişinə toyuq deyənin dili harda iskəndər harda çingiz harda
Gecə qondu qpıya-yaşaın şair əfəndi dünya bir yana sən bir yaz şair baş bir yana leş bir yana yaz bunu al dığırlat at ol yat-dedi liderlər
Bizimsə gecəqondumuzu gözqanımıza bələdi bələdiyyədə loderlər
Sökülün dedi!söküldüm adam olmaq sırasına yubandım ev tapanmadım barmaq tuşuyla göstərdilər şerstreeti kiralıq bir otağ oldum
Şerin yasaq bir bucağında ora çəmən nədir gül nədir bülbül nədir bilməz
Kimsə basmaz zəngimi bad-i səbadan qeyri
Minyaturlu divanlar deyil ev-eşiyi zibil naylonlarında telefon qəbizlərinin dalısı
Vaxsey!axşamın da üstünə getdi qohumların getdi hamı getdı şahlar getdi gəl-getlər götə getdi


Tək qaldın mineral su oldum içdin
Qızdın qarşı cinsinə döndüm yatağına girdi söz yandır əgər bilərsə insan bu da can can qəmər can
Mən nə verdim sən nə verdin ey duz yeyib duzdan sıçan
Dedin yasaqsan şerin əxlaqsız uşağı ataya sayqısız
Sonra üzümə baxdın fısıldadın
-şerin qəznəvi qəpiklərin cingildəmir oxumuram mötəsəmə yas saxlamır oxumuram
Dedim-oxumacanki oxuma
Şerin yeni yetmə arxa küçəsiyəm oxumasan gecəni qap-qara qapınıza işəyəcəm.

Комментариев нет:

Отправить комментарий