08.07.2012

“Narkoman jurnalistlər”

“Narkoman jurnalistlər”Marixuana və həşiş üçün Azadlıq qəzetində Mirzə Sakitə, heroin üçün “Gündəlik Azərbaycan” qəzetində Eynulla Fətullayevə, “Talışi Sədo” qəzetində Hilal Məmmədova, Səhər televiziyasında Anar Bayramlıya, “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevə müraciət edin


Son illər narkomaniya jurnalistikaya sürətlə “nüfuz” etməkdədir. Hətta, siqareti belə dilinə vurmayan jurnalistlərin cibi və evi narkotik maddələrin saxlanması və ya “satışı məntəqəsi”nə çevrilir. Hər halda əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının məlumatları bunu deməyə əsas verir.

“Narkoman əhli”nə sevindirici bir xəbərim də var. Daha narkotik axtarmaq üçün “uzağa getməyin”. Məsələn, marixuana və həşiş üçün Azadlıq qəzetində Mirzə Sakitə, heroin üçün “Gündəlik Azərbaycan” qəzetində Eynulla Fətullayevə, “Talışi Sədo” qəzetində Hilal Məmmədova, Səhər televiziyasında Anar Bayramlıya, “Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyevə müraciət edin. Çünki bu jurnalistlər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) günahlandırılıb.
Maraqlı cəhətlərdən biri də odur ki, jurnalistlər “elə-belə narkotiklər”dən istifadə etmir, daha bahalı və daha baş gicəlləndirici narkotiklərə aludə olub. Çox yəqin ki, jurnalistlər yaxın zamanda bazara ən güclü keyikdirici olan kokoin də çıxaracaq. Bunu deməyə əsas da var. Əgər bir müddət öncə İran və Əfqanıstanla münasibətlər çox yaxşı kimi qiymələndirilirdisə, indi Azərbaycan diplomatiyası kokainin vətəni Cənubi Amerika ilə xoşməramlı münasibətlər qurmaqdadır.
Jurnalistlərə bildirmək istərdik ki, “azca” da olsa ehtiyatlı olsunlar. Çünki, onlar hələ də narkotik qaçaqmalçılığında, narkotik “mağazaları” açmaqda, narkotik becərməkdə hələ günahlandırılmayıblar. Gözləyək...
Məsələn, Amerika Dövlət Departamentinin illik hesabatına əsasən 2011-ci ildə cəmi Qafqaza 11 ton heroin keçirilib, bunun da 4 tona yaxını region ölkələrinin özündə istifadə olunub. 7 ton heroin isə Avropa istiqamətində tranzit olunub.
Əfqanıstandan Azərbaycana gətirilən əsas narkotik maddə tiryəkdir. Azərbaycanın özündə isə əsasən marixuana becərilir. İndi, görəsən bu tonlarla heroini, tiryəki kimlər buraya keçirib. Bəs marixuananı kimlər becərir? Bəlkə redaksiyaları narkotik təsərrüfatlarına, jurnalistləri isə narkotiklərin satış menecerləri qismində istifadə edək. Bizə qəzet, jurnal, ümumilikdə media lazımdırmı? Onsuz da əksər media eyni şeyi təkrar-təkrar yazıb narkotik kimi xalqın başını dumanlandırır.
Sübut üçün faktlar:
- “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakit 23 iyun 2006-cı ildə narkotik saxlamaq ittihamı ilə 4 il müddətinə həbs edilib. O 2009-cu il aprelin 9-da azadlığa çıxıb.
- “Realnıy Azerbaidjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. 2007-ci il oktyabrın 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə E.Fətullayevi 8 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 2009-cu ilin dekabrında həbsxanada olan jurnalist üzərində narkotik vasitə saxlama ittihamı ilə yenidən 2 il 6 ay həbsə məhkum edilib. O həbsxanada olduğu galda yenidən “narkotik sevgisi” ilə həbs edilib.
Eynulla Fətullayev 2011-ci il mayın 26-da prezident Əliyevin sərəncamı ilə əfv olunub.
“İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov 2011-ci ilin avqustunda Cinayət Məcəlləsinin 234-cü (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) həbs olunub. 2012-ci ilin martında Xırdalan Şəhər Məhkəməsi ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib.
İranın “Səhər” kanalının müxbiri Anar Bayramlı. 2012-ci ilin fevralında Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə həbs olunub. İyun ayında Binəqədi Rayon Məhkəməsi ona 2 il azadlıqdan məhrumetmə cəzası kəsib.
“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev 2012-ci ilin mayında Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə tutulub. Mayın 21-də barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
“Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov 2012-ci ilin iyununda saxlanıb. İyunun 22-də Nizami Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Sonda isə “narkoman əhli” arasında məşhur olan bir lətifə ilə keyfinizi feyziyab edək:
Bir narkoman, o birisinə deyir, “Qədeş, bizim də yaxşı vaxtlarımız var idi, kilo-kilo tiryək çəkərdik, kokoin yalayardıq”.
2010-ci ildə baş prokurorun müavini Rüstəm Usubovun hər il Azərbaycan ərazisindən Əfqanıstanda istehsal olunan narkotiklərin 35%-i keçdiyi barədə bəyanatını nəzərə alsaq, bu, çox azdır. Ölkədə 800 ton heroin istehsal olunduğunu nəzərə alsaq, Azərbaycan ərazisindən 200 tondan çox bu maddədən keçir, hələ digər narkotik növlərindən danışmırıq.
Amerika və Rusiya xüsusi xidmətlərinin məlumatına görə, Azərbaycan Avropa və Rusiyaya əsas narkotik tranziti istiqamətlərindən biridir. Narkotiklər əsasən İran ərazisindən konteyner daşıyıcılarında, habelə Türkmənistandan Xəzər dənizi ilə daxil olur.
Azərbaycanın özündə narkomanların sayının xeyli artdığı qeyd olunur. Rəsmi olaraq 25 min narkoman qeydiyyatdadır. Lakin ABŞ Dövlət Departamentinin məlumatına görə, onların sayı 10 dəfə çoxdur. Tələbələr arasında narkomanların sayı xüsusilə çoxdur.
Ekspertlər Azərbaycanda bu proqramın uğurlu olacağına şübhə ilə yanaşır, belə ki, bu yüksək gəlirli çirkli biznesin arxasında yüksək vəzifəli məmurlar və beynəlxalq narkotik şəbəkəsi durur.


Contact.az

Комментариев нет:

Отправить комментарий